Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkədə tətbiq edilən xüsusi karantin rejiminə riayət olunmasının vəziyyətinin təhlili və aparılmış araşdırmalar göstərir ki, hərəkətinə xidməti vəsiqə, arayış, elektron qeydiyyat əsasında icazə verilən şəxslərin əksəriyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarında müəyyən olunmuş hüquqlardan sui-istifadə edərək iş vaxtı və icazə müddəti başa çatdıqdan sonra, eləcə də qeyri-iş günlərində müvafiq məhdudiyyətlərə əməl etmir, küçələrdə və avtomobil yollarında intensivliyi, eyni zamanda infeksiyanın yayılma riskini artırırlar.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən ONN media-ya verilən məlumata görə, bütün orqan, müəssisə və təşkilatların rəhbərlərindən tələb olunur ki, “icaze.e-gov.az” portalına yalnız əmək müqaviləsi və ya xidməti müqavilə əsasında çalışan şəxs haqqında məlumatları daxil etsinlər. Əməkdaşlarına işdən çıxdıqdan sonra məhz yaşadıqları ünvana qayıtmalarının vacibliyini, verilmiş icazələrdən sui-istifadə hallarına görə inzibati qanunvericiliyə uyğun məsuliyyət daşımalarını izah etsinlər.
Vətəndaşlara evdən yalnız tibbi zərurətlə əlaqədar, ərzaq və dərman almaq, bank və poçt xidmətindən istifadə etmək məqsədilə müəyyən edilmiş qaydada icazə aldıqdan sonra çıxmaq, bu zaman fərdi nəqliyyat vasitəsindən istifadə etməmək, saat 21.00-dan sonra isə yaşadığı ünvanı tərk etməmək tövsiyə olunur.
Özünüzün və ailənizin sağlamlığını qorumaq üçün bir daha məhdudiyyət tədbirlərinə riayət olunmasını xahiş edirik



Nazirlikdən əhaliyə MÜRACİƏT
DİN-dən bu şəxslərə XƏBƏRDARLIQ
SON DƏQİQƏ: Bu şəxslərin küçəyə çıxma icazəsi ləğv edilir
İşçilərlə bağlı məlumatın sistemləşdirilməsinə başlanıldı
Azərbaycanda karantin rejimi uzadıldı
Sərt karantin günlərində apteklər bu qaydada işləyəcək
SON DƏQİQƏ: Azərbaycanda sərt karantin rejimi yumşaldılır
“İcaze.e-gov.az”dan kimlər icazə ala biləcək?
Yol polisindən bu şəxslərə XƏBƏRDARLIQ
Azərbaycanda bu şəxslərin küçəyə çıxma icazəsi LƏĞV EDİLİR
Xidməti vəsiqə ilə hərəkətinə icazə verilən qurumlar - SİYAHI
Bayram günlərində rayonlara getmək istəyənlərin - DİQQƏT!
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 