Ötən iki gündə xüsusi karantin rejimini pozduqlarına görə bir cinayət işi üzrə üç nəfər barəsində həbs-qətimkan tədbiri seçilib, 26 nəfər inzibati qaydada həbs olunub, 7 314 nəfərə isə inzibati cərimə tətbiq edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən ONN media-ya verilən məlumata görə, respublikanın daxili işlər orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri ilə aprelin 13-dən 15-dək karantin rejimini pozan dörd iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Həmin obyekt sahibləri cərimələnib. Sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən həmin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə və karantin rejimini pozduqlarına görə, ümumilikdə, 7 314 nəfərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq edilib. Eyni zamanda, koronavirus infeksiyası ilə əlaqədar sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatlar yaydığına görə üç nəfər inzibati qaydada həbs, daha üç nəfər isə cərimə edilib. Bir daha vətəndaşlarımızı şəxsi gigiyena qaydalarına əməl etməyə, özünütəcrid tədbirlərinə uyğun davranmağa, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, digər şəxslərlə minimum kontaktda olmağa, ünsiyyət zamanı iki metrlik ara məsafəsi saxlamağa və Nazirlər Kabineti yanında operativ qərargahın bütün tələb və qərarlarına ciddi riayət etməyə çağırırıq.
Son iki gündə karantini pozan neçə nəfər cərimələnib?



Karantini pozan 9 nəfər həbs edilldi, 5 073 nəfər...
Ucar, İsmayıllı və Şamaxıda son vəziyyət — 186 nəfər...
Qubada restoranda 13 nəfər cərimələndi
Ara küçələri ilə Bakıya gəlmək istəyən şəxsə cinayət işi açıldı
Polis "Məşədibad" hamamına BASQIN ETDİ: 23 nəfər HƏBS EDİLDİ
Bunu edən 2055 sürücü CƏZALANDIRILDI
Azərbaycanda toyda bunu edən 4 nəfər həbs edildi
Bakıda xüsusi karantin rejimini pozan yüzlərlə vətəndaş cəzalandırıldı
Daha 63 nəfər toylara buraxılmadı
Toylara görə 2 nəfər həbs edildi, 100 nəfər cərimələndi
Çayxanaya BASQIN - 15 nəfər saxlanıldı
Polis zibil atanlardan üzr istəyib? - RƏSMİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 