Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlı ailə koronavirusa yoluxub. Onlardan 1954-cü il təvəllüdlü Nuridə Abdullayeva Lubertsi şəhərindəki xəstəxanaya yerləşdirilib. ONN media bildirir ki, bu barədə ailə üzvlərindən Əjdər Abdullayev məlumat verib. Onun sözlərinə görə, ailə üzvlərində koronavirusun bütün əlamətləri hiss olunurdu: "İki dəfə təcili tibbi yardıma müraciət etdik, gəldilər müayinə etdilər. Bildirdilər ki, “Sizdə COVID-19 yoxdur” və xəstəxanaya aparmaqdan imtina etdilər. İki dəfə də sahə həkimi gəldi və o da sadəcə qrip olduğunu söylədi. Hətta poliklinikaya da müraciət etdik, amma bizdən analiz götürülmədi". “Vəziyyətimiz getdikcə pisləşirdi, hərarətimiz 39 dərəcədən aşağı düşmürdü. Ona görə də özəl xəstəxanada analiz verməyə qərar verdik. Nəticədə həyat yoldaşıma ağciyərin ikitərəfli pnevmoniyası diaqnozu qoyuldu. Müalicəmizi evdə davam etdirməyi məsləhət gördülər”, - Ə.Abdullayev bildirib. O vurğulayıb ki, bu gün həyat yoldaşının vəziyyəti pisləşdiyindən yenidən təcili tibbi yardıma müraciət ediblər: "Onu xəstəxanaya apardılar və müayinə zamanı koronavirusa yoluxduğu məlum oldu". Qeyd edək ki, Əjdər Abdullayev və Nuridə Abdullayeva Azərbaycan, övladları Zabil Abdullayev və Gülnarə Abdullayeva isə Rusiya vətəndaşlarıdır. Hazırda ailənin digər üzvləri koronavirusu yüngül keçirdiklərindən müalicələrini evdə davam etdirirlər. (report)
Rusiyada azərbaycanlı ailə koronavirusa yoluxdu



Mirşahin Ağayev və ailə üzvləri koronavirusa yoluxdu
Güney Azərbaycanda koronavirus HƏYƏCANI
Binəli Yıldırım COVID-19 testinin nəticəsini açıqladı
Mirvari Fətəliyeva koronavirusa yoluxdu
Koronavirusa yoluxan ilk insan kim olub?
Sarkisyan xəstəxanaya yerləşdirildi
Kamran Həsənlidən ÜZÜCÜ XƏBƏR
Azərbaycanda şəhidin ailə üzvləri koronavirusa yoluxdu
İstanbul klubunun prezidenti xəstəxanaya yerləşdirildi - SON DƏQİQƏ
Azərbaycanda QHT rəhbəri koronavirusa yoluxdu - AÇIQLAMA YAYDI
Türk nazir koronavirusa yoluxdu
Baş redaktor və ailə üzvləri koronavirusa yoluxdu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 