İşsizlər üçün nəzərdə tutulan birdəfəlik ödəmə (190 manat) üçün elektron qaydada e.sosial.az portalına müracət edib hələ də cava ala bilməyən vətəndaşlarla bağlı məsələyə aydınlıq gətirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, proses ardıcıl, növbəlilik qaydasında olaraq həyata keçirilir:
“Həmçinin, müraciətlərin sayının çox olduğunu nəzərə almaq lazımdır. Hər gün 45-50 min vətəndaşın müraciəti emal edilir. Ümumilikdə müraciət edən və sahibkarlıqla məşğul olan 19600 vətəndaşa, həmçinin əmək müqaviləsilə işləyən 20 min muzdlu vətəndaşa SMS-i göndərilib.
Müraciət edən 140 min nəfərə isə birdəfəlik ödəməni almasına hüququ olduğuna dair SMS göndərilib”.
F.Talıbov qeyd edib ki, proses gündəlik olaraq davam edir.
“Müraciətlərin çoxluğu və prosesin miqyasının geniş olması nəzərə alınaraq, birdəfəlik ödəmə üçün e.sosial.az portalına müraciət edən vətəndaşlara bir neçə gün sonra cavab göndərilə bilər. Buna görə narahat olmasınlar. İstənilən halda qeydiyyatdan keçən hər bir vətəndaşa imtina yaxud birdəfəlik ödəmənin təyinilə bağlı SMS göndəriləcək”



Daha 19,6 min şəxsə 190 manat verilmədi — RƏSMİ
190 manat nə vaxt ödəniləcək? — AÇIQLAMA
Daha 15 min işsizə birdəfəlik ödəmə edildi
Daha 50 min şəxsə birdəfəlik ödəniş edildi
190 manat bu şəxslərə veriləcək – RƏSMİ
Daha 25 min işsizə birdəfəlik vəsait ödənildi
ŞAD XƏBƏR: 190 manatın verilməsinə BAŞLANILDI
Birdəfəlik ödəmə almaq istəyənlərin DİQQƏTİNƏ
Bu SMS-lə 190 manat ALA BİLƏRSİNİZ
10 min nəfərə 190 manat ödənildi
Daha 20 min şəxsə birdəfəlik ödəniş edildi
190 manat birdəfəlik yardım nə vaxt və neçə ay veriləcək? – RƏSMİ AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 