Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 30 min şəxs üçün birdəfəlik vəsait köçürdü. ONN media xəbər verir ki, işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul aztəminatlı şəxslərdən daha 30 mini üçün birdəfəlik vəsait (190 manat) köçürüldü. Prezident İlham Əliyevin tapşırığına əsasən birdəfəlik ödəmə proqramının əhatə dairəsinin 3 dəfə artırılması, ümumilikdə 600 min şəxsin birdəfəlik ödəmə ilə təminatı nəzərdə tutulub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aprelin 9-dan gündəlik olaraq birdəfəlik ödənişlər həyata keçirilir. Artıq 260 min nəfər üçün ödəniş edilib və bunun üçün 49,4 milyon manat vəsait köçürülüb.
Birdəfəlik ödəmə vəsaiti köçürüldükdən sonra vətəndaşların telefon nömrəsinə bu barədə SMS göndərilir. İşsiz şəxslər bu mesajı aldıqdan sonra, evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda “Azərpoçt” MMC qeyd edildiyi halda istənilən poçt şöbəsinə, bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik ödəməni əldə edirlər. Birdəfəlik ödənişlər qarşıdakı günlərdə də davam edəcək.Daha 30 min şəxs üçün birdəfəlik vəsait köçürüldü



Daha 30 min şəxs üçün birdəfəlik vəsait köçürüldü
Daha 50 min şəxsə birdəfəlik ödəniş edildi
Daha 30 min nəfərə sevindirici xəbər
Daha 25 min işsizə birdəfəlik vəsait ödənildi
Daha 30 min şəxs üçün birdəfəlik vəsait köçürüldü
Daha 15 min işsizə birdəfəlik ödəmə edildi
Bu günədək neçə nəfər 190 manat alıb? - Rəsmi
Daha 20 min işsiz şəxs üçün birdəfəlik ödəniş köçürüldü
Daha 20 min şəxsə birdəfəlik ödəniş edildi
Daha 20 min şəxsə şad xəbər
Daha 20 min işsizə birdəfəlik vəsait ödənildi
25 min işsizin nəzərinə
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 