Abşeron dairəvi dəmir yolundan istifadə edən sərnişinlərin icazə haqqında sənədləri artıq yeni qaydada yoxlanılır. Bunu Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətindən bildiriblər. Qeyd olunur ki, bu tədbir əlavə vaxt itkisinin qarşısını almaq məqsədilə görülüb: "Azərbaycan Dəmir Yolları" QSC bu günlərdə sərnişinlərin karantin qaydalarına əməl etməsinin təmin edilməsi məsələsinə xüsusi diqqətlə yanaşır. Hazırda Sumqayıt və Abşeron istisna olmaqla, ölkədaxili və beynəlxalq istiqamətlərdə sərnişin daşınması dayandırılıb. Lakin karantin müddətində fəaliyyəti zəruri olan müəssisələrin əməkdaşlarının gediş-gəlişinin daha səmərəli təşkili məqsədilə Abşeron dairəvi dəmir yolu xətti üzrə elektrik qatarları uyğun qrafiklə hərəkət edir. Abşeron dairəvi dəmir yolu xətti ilə hərəkət edən qatarlarda isə sərnişinlərin sənədlərinin yoxlanılması Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin tabeliyində olan Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən qatarda həyata keçirilir. Məlumat üçün deyək ki, bundan əvvəl vətəndaşların sənədləri Bakı Sərnişin Vağzalında onlar qatarı tərk etdikdən sonra yoxlanılırdı. Bu prosesin sərnişinlər arasında sıxlıq yaratması ilə əlaqədar müraciətlər daxil olurdu. Sərnişinlərin müraciətlərini nəzərə alaraq, vətəndaşların sənədlərinin yoxlanılması artıq sonuncu stansiyada deyil, qatar hərəkətdə ikən yolda aparılır. Bu tədbir əlavə vaxt itkisinin qarşısını almaq məqsədilə görülüb. Sərnişinlərimizdən hər birimizdən xüsusi məsuliyyət tələb edən bu günlərdə karantin rejiminin qaydalarına daha ciddi əməl etmələrini xahiş edirik". Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, koronavirusun geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində çevik və sistemli preventiv tədbirlərin davamı olaraq xüsusi karantin rejiminin 20 aprel 2020-ci il saat 00:00-dan 4 may 2020-ci il saat 00:00-dək uzadılmasına qərar verilib
Qatarlardan istifadə edənlərin nəzərinə


Qatarların hərəkət cədvəli dəyişdirildi - FOTO
Bakı- Sumqayıt qatarından istifadə edənlərin NƏZƏRİNƏ
Abşeron dairəvi dəmir yolu istifadəyə veriləcək
ADY -nın sərnişinlərinin DİQQƏTİNƏ!
Bakı-Sumqayıt qatarlarında qiymətlər artırılır - Rəsmi
Bakıda daha bir qadağa QÜVVƏYƏ MİNDİ
Gəncə qatarı Bakı-Sumqayıt xəttinə əlavə edildi
Bakı-Sumqayıt qatarlarının sayı artırılır
Bayram günləri qatarlar bu qrafiklə hərəkət edəcək
Prezident Pirşağı dəmir yolu stansiyasının açılışını edib
Sabunçu-Bakı qatarı 50 qəpiyə olacaq
Sabahdan bu istiqamətdə qatarların sayı çoxaldılır - Yeni hərəkət qrafiki
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 