Qidaların ayrı-ayrılıqda faydalı olması onların birlikdə də sağlam seçim olduğu anlamına gəlmir.
ONN media xəbər verir ki, mütəxəssislər bildirirlər ki, bəzi məşhur qida kombinasiyaları orqanizmin vitamin və mineralları mənimsəməsini çətinləşdirə, həzm sistemini yora və müxtəlif narahatlıqlara səbəb ola bilər.
Balıq və yoqurt: Histamin riski
Xalq arasında geniş yayılmış fikrə görə balıqla yoqurt birlikdə yeyilməməlidir. Mütəxəssislər bildirirlər ki, xüsusilə təzəliyini itirmiş balıqda histamin səviyyəsi yüksələ bilər. Yoqurt və digər fermentləşdirilmiş süd məhsulları da histamin ehtiva etdiyindən bəzi insanlarda bu birləşmə ürəkbulanma, səpkilər və həssas şəxslərdə daha ciddi reaksiyalara səbəb ola bilər.
Qırmızı ət və ayran
Qırmızı ət dəmir baxımından zəngin qidadır, ayran və yoqurt isə yüksək kalsium ehtiva edir. Kalsium dəmirin bağırsaqlardan sorulmasını azalda bildiyi üçün bu qidaların eyni vaxtda qəbulu dəmirin mənimsənilməsini zəiflədə bilər.
İspanaq və yoqurt
İspanaqda olan oksalat maddəsi yoqurtdakı kalsiumla birləşərək kalsiumun və bəzi mineralların sorulmasını azalda bilər. Bu səbəbdən ispanaqdan maksimum fayda əldə etmək üçün bəzi mütəxəssislər onun limonla birlikdə qəbulunu daha uyğun hesab edirlər.
Yeməkdən dərhal sonra meyvə
Ağır yeməkdən dərhal sonra meyvə yemək bəzi insanlarda köp, şişkinlik və həzm narahatlığı yarada bilər. Meyvələr adətən daha sürətli həzm olunduğundan, ağır yeməklərlə birlikdə qəbul edildikdə mədədə daha uzun müddət qala bilər.
Mütəxəssislər vurğulayırlar ki, bu qidalar sağlam insanlar üçün adətən təhlükəli deyil. Söhbət əsasən qida maddələrinin mənimsənilməsinin azalması və ya həzm sistemində yarana biləcək narahatlıqlardan gedir.



Miqrenə səbəb olan 8 zərərli qida
Bir ovucdan artıq yeyilməsi orqanizmə ziyandır
Yoqurt infarkt və insultdan qoruyur – Alimlər sübut etdi
Yayda çayı necə içmək məsləhətdir?
Yemişlə balı eyni vaxtda niyə yemək olmaz? - SƏBƏB
Bunları gündəlik rasionunuza daxil edin
Bu saatlarda alma yemək olmazmış
Gizli xəstəlikləri İFŞA EDƏN QİDALAR BUNLARDIR
Qırmızı ətin faydaları
Nar suyunu çox içmək təhlükəlidirmi?
Orqanizmdə DƏMİR çatışmazlığına işarə edən gizli əlamətlər nələrdir?
Kahının insan orqanizminə faydaları
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 