Azərbaycanda ət bazarında qiymətlərin sabitləşməsinin istehsalın artırılması və maya dəyərinin azaldılması hesabına təmin olunacağı gözlənilir.
ONN media xəbər verir ki, bunu mətbuat konfransında kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib.
Nazir müavini bildirib ki, əsas məqsəd ət istehsalını artırmaq, məhsuldarlığı yüksəltmək və istehsal xərclərini azaltmaqdır.
"Ət istehsalının maya dəyərinin uyğun səviyyədə formalaşdırılması hesabına bazarda sabitlik yaranacağını düşünürük", - deyə Zaur Əliyev qeyd edib.
Onun sözlərinə görə, hazırda Azərbaycanın mal ətinə tələbatının 83,7%-i, qoyun ətinə tələbatının 94,2%-i, quş ətinə tələbatının isə 82%-i yerli istehsal hesabına ödənilir.
Nazir müavini əlavə edib ki, Dövlət Proqramında ölkənin ət məhsulları üzrə özünütəminetmə səviyyəsinin artırılması nəzərdə tutulur.
Zaur Əliyev vurğulayıb ki, son illərdə dünyada ət qiymətlərində artım müşahidə olunur. Bu artıma pandemiyadan sonra logistika, yem və digər istehsal xərclərinin yüksəlməsi təsir edib.
Onun sözlərinə görə, heyvandarlıqda əsas maya dəyəri elementi yemdir və yem istehsalında məhsuldarlığın artırılması gələcəkdə ət istehsalının maya dəyərinin azalmasına imkan verəcək.



Dünyada siqaret bahalaşır, Azərbaycanda da gözlənilir - AÇIQLAMA
Azərbaycanda istilik qiymətləri artırılır? - RƏSMİ
Ətin qiyməti yenidən bahalaşacaq?
Azərbaycanda nazir müavini xəstəxanaya yerləşdirildi və...
Pensiyaçılara şad xəbər: Oktyabrın 1-dən...
Azərbaycanda bu şəxslərə güzəştlər ediləcək
Nazir müavini bahalaşmadan danışdı
Prezident sərəncamı: bu nazirə iki yeni müavin təyin olundu
Səhiyyə nazirinin müavini həbs edilib
Azərbaycanda ət bahalaşacaq?
Ölkəmizdə yumurta bahalaşacaq?
"Qarabağ" universitetinin tələbələri təqaüd alacaq?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 