Səhiyyə Nazirliyi koronavirusun müalicəsi üçün dərman vasitələrinin həkim göstərişi olmadan qəbul edilməməsi üçün vətəndaşlara müraciət edib. ONN media xəbər verir ki, nazirliyin məlumatında qeyd edilir ki, dərman qəbul edərkən həkimlə məsləhətləşmək vacibdir: "Son zamanlar mövcud vəziyyətlə əlaqədar bir çox saytlarda koronavirusun (COVID-19) müalicəsində müxtəlif dərman vasitələrinin effektivliyi, həmin dərman vasitələrinin virusun yaratdığı vəziyyətin aradan qaldırılmasında müsbət təsirləri gündəmə gətirilir və istifadəsi tövsiyə olunur. Ümumiyyətlə, hər hansı dərman vasitəsinin qəbulu həkim nəzarəti altında olmalıdır. Çünki dərmanların səhv və nizamsız qəbulu müalicə effektinə mənfi təsir edir və insana xeyirdən çox zərər verə bilər. Yadda saxlamaq lazımdır ki, dərmanlardan qeyri-rasional istifadə halları orqanizmdə bir çox fəsadların yaranmasına və orqanizmin zəifləməsinə səbəb olur. Bundan başqa, özünümüalicə halları çox zaman ağır nəticələr verir, rezistentlik, allergiya, əlavə təsirlər və s. kimi bir sıra fəsadlara yol açır. İnsanın sağlamlığı öz əlindədir və bu həssas dönəmdə vətəndaşları dərman qəbulunda daha diqqətli olmağa çağırırıq. Nəzərə alın ki, internet resurslarında yerləşdirilmiş qeyri-rəsmi və qeyri-peşəkar məlumatlar həqiqətə uyğun olmaya və bu məlumatlara kor-koranə inanmaq sağlamlığınıza ciddi zərər vura bilər.
Səhiyyə Nazirliyi əhaliyə müraciət etdi



Koronavirusun müalicəsində bu dərmanlardan istifadə edilir
Apteklərdə hərarətsalıcı dərman qıtlığı var? - RƏSMİ
Dərman vasitələrinin bu qaydası təsdiqləndi
Azərbaycanda dərmanlarla bağlı yeni qayda
Azərbaycanda bu dərmanların satışı qadağan olunur
TƏBİB-dən bu şəxslərə XƏBƏRDARLIQ
Koronavirus dünyada dərman istehsalının azalmasına səbəb ola bilər
Dərman vasitəsinin dövlət qeydiyyatı qaydası təkmilləşdirilir - RƏSMİ
Dərman vasitələrinin idxalına icazə verilməsi qaydası müəyyənləşib
Tarif Şurasına yeni səlahiyyət verildi
Şirələr bu halda daxili qanaxmaya səbəb olur - XƏBƏRDARLIQ
Səhiyyə Nazirliyi bu dərmanların satışını qadağan etdi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 