Aprelin 22-də Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarovla Türkmənistan Xarici işlər naziri Rəşid Meredov arasında telefon danışığı olub. ONN media -ya bu barədə XİN-in Mətbuat xidməti idarəsindən məlumat verilib. Söhbət zamanı iki ölkə arasındakı ənənəvi dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi ilə bağlı bir sıra aktual məsələlər müzakirə edilib. İlk növbədə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında Türkmənistan dövlət başçısının cari ilin 11 mart tarixində Bakıya rəsmi səfəri zamanı razılaşdırılan ikitərəfli sazişlərin həyata keçirilməsinin vaicbliyi qeyd olunub. Eyni zamanda tərəflər, nəqliyyat-kommunikasiya sahəsində ikitərəfli əməkdaşlığın xüsusi əhəmiyyətini vurğulayıblar. Xəzər dənizinin Ələt-Türkmənbaşı limanları arasında birbaşa dəniz əlaqəsinin Avrasiya qitəsində iqtisadi-ticarət əlaqələrinin inkişafının mühüm elementi olduğu bildirilib. Nəqliyyat sahəsində qarşılıqlı əlaqələrin yüksək effektivliyini qeyd edən diplomatlar, Şərq-Qərb istiqaməti boyunca nəqliyyat dəhlizlərinin səmərəli fəaliyyətinin təmin olunmasına yönəlik yeni tərəfdaşlıq formalarının axtarışı və tətbiq olunmasına diqqət ayırmışlar. Bu xüsusda nazirlər Azərbaycan və Türkmənistan xarici siyasət qurumları arasında sıx mütəmadi əlaqələrin saxlanılmasını razılaşdırıblar.
Azərbaycan və Türkmənistan XİN başçıları arasında telefon danışığı oldu



İlham Əliyev Rəşid Meredovu qəbul edib
Türkmənistan Prezidenti Ceyhun Bayramovla görüşdü
Novruz Məmmədov Türkmənistan Prezidenti ilə görüşdü
Azərbaycan və Ukrayna XİN rəhbərləri arasında telefon danışığı oldu
Məmmədyarov Türkmənistan prezidenti ilə görüşüb
İlham Əliyev Türkmənbaşı ilə görüşdü
İlham Əliyev Berdiməhəmmədovu təbrik etdi
Azərbaycan və Rusiya XİN başçıları arasında telefon danışığı oldu
Əliyevlə Qurbanqulu Berdiməhəmmədov videokonfrans formatında görüşdü
Bayramov Çavuşoğlu ilə danışdı
Fransa Azərbaycan və Ermənistan arasında normallaşma səylərinə dəstək verdi
Azərbaycan-Türkmənistan sənədləri imzalandı
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 