Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. ONN media sərəncamın mətnini təqdim edir: 1. Naxçıvan Muxtar Respublikası ərazisində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulmuş vəsaitin bölgüsü”nün 1.46.5-ci yarımbəndində göstərilmiş 1,0 (bir) milyon manat Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ayrılsın. 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin. 3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev sərəncam imzaladı



Prezidentdən Naxçıvanla bağlı MÜHÜM SƏRƏNCAM
Prezidentdən Naxçıvanla bağlı MÜHÜM SƏRƏNCAM
İlham Əliyev sərəncam imzaladı
İlham Əliyev sərəncam imzaladı
Prezident sərəncam imzaladı
İlham Əliyev sərəncam imzaladı
İlham Əliyev sərəncam imzaladı
İlham Əliyev sərəncam imzaladı
İlham Əliyev sərəncam imzaladı
105 min nəfərə ŞAD XƏBƏR - Prezident sərəncam imzaladı
İlham Əliyev sərəncam imzaladı
İlham Əliyev sərəncam imzaladı
Messi gözyaşlarına hakim ola bilmədi
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ
Avropada dəhşətli istilərlə bağlı xəbərdarlıq
Neft həftəyə bu qiymətlə başladı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı 