"Bu gün koronavirusla bağlı əsas problem odur ki, xəstəliyin geniş yayılması o ölkələrin mövcud olan səhiyyə potensialından daha genişhəcmlidir. Ona görə bizim əsas vəzifəmiz ondan ibarət idi ki, xəstəliyin geniş yayılmasına imkan verməyək". Bunu Prezident İlham Əliyev aprelin 24-də Abşeron rayonunun ərazisində Xızı rayonunun Ağdərə kəndindən Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışında çıxışı zamanı deyib. Dövlət başçısı deyib: "Biz bilirdik ki, bu xəstəlik bizə xaricdən gəlib. Artıq daxildə yoluxma prosesi başlayanda bilirdik ki, bu yoluxma prosesinin qabağını almaq tam mümkün olmayacaq. Amma məhdudlaşdırmaq, xəstələnmə zəncirini qırmaq, vaxt udmaq, bu vaxtdan istifadə edərək bütün bizim tibb sahəsini təşkilatlandırmaq, maska, dezinfeksiya vasitələri müəssisələrini işə salmaq üçün bizə vaxt lazım idi. Eyni zamanda, mənim göstərişimlə bizim ən qabaqcıl xəstəxanalarda koronavirus xəstələri yerləşdirildi, o cümlədən “Yeni klinika”da, Azərbaycan Tibb Universitetinin iki klinikasında və bu gün xəstələr 20-dən çox klinikada müalicə alırlar. Artıq bir həftədir ki, biz müsbət dinamikanı görürük. Nədədir bu dinamika? Yəni, yoluxanların sayı sağalanların sayından azdır. Əsas budur. Artıq bu məhdudlaşdırıcı tədbirlərin nəticəsini biz görürük".
İlham Əliyev: "Biz bilirdik ki, bu xəstəlik bizə xaricdən gəlib"



İlham Əliyev Sumqayıtda açılışda iştirak etdi
İlham Əliyev Azərbaycanı dəstəkləyən ölkələrə təşəkkürünü bildirdi
Fransa özü-özünü həmsədrlər üçlüyünün xaricinə qoyur
Ölkə başçısı məhdudiyyətlərin yumşaldılmasından danışdı
Bizə qarşı aparılan kampaniya, çirkin təbliğat bizim iradəmizə təsir edə bilməz - Prezident
"Azərbaycan xalqı 101 il əvvəl əlimizdən alınmış Zəngəzura qayıdacaq"
İlham Əliyev: Biz ədaləti bərpa etdik
İlham Əliyev: Bizim qızıl yataqlarımız xarici şirkətlər tərəfindən istismar edilirdi
İlham Əliyev: “Bizim neft yataqlarımız nə vaxtsa tükənəcək”
“Mənim sözüm birdir” - İlham Əliyev
İlham Əliyevdən Ermənistana SƏRT XƏBƏRDARLIQ
Ermənistanla sülh sazişimiz olmasa, bu o deməkdir ki... - Prezident
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 