Sabah Ramazan ayının ikinci günüdür. ONN media xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 26-da Bakıda imsak saat 04:08, iftar isə saat 19:45-dədir. Ramazan ayının 2-ci gününün duası: "Allahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin". Tərcüməsi: "İlahi, məni bu ayda Öz rizana yaxınlaşdır, qəzəbindən və cəzalarından uzaq et. Ey Rəhmlilərin Rəhmlisi, məni bu ayda Öz ayələrini oxumağa müvəffəq et". Allah orucunuzu qəbul etsin!
Ramazanın 2-ci gününün imsak və iftar vaxtı açıqlandı

