Tibb işçilərinin mayda nəzərdə tutulan sertifikasiya imtahanları ləğv olunub. ONN media xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən bildirilib. Məlumatda qeyd olunub ki, Nazirlər Kabinetinin dünyada yayılmış koronovirusla (COVİD-19) mübarizə çərçivəsində qəbul etdiyi qərara əsasən, ölkə ərazisində virusun yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 4 may 2020-ci il saat 00:00-dək uzadılıb. Bunu nəzərə alaraq, may ayı üçün tərtib olunmuş imtahan cədvəlinin yenidən işlənilib hazırlanması məqsədilə, həmin ayda keçirilməsi nəzərdə tutulan sertifikasiya imtahanları ləğv olunub: “Yeni imtahan cədvəli hazırlandıqdan sonra imtahana namizəd şəxslərə imtahan tarixləri barədə məlumat veriləcək”. Nazirlikdən həmçinin bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə aprelin 27-dən xüsusi karantin rejimi ilə bağlı məhdudiyyətlərin bir qisminin yumşaldılmasına qərar verilib. Bunu nəzərə alaraq, sertifikasiya imtahanına hazırlıq təlimləri və sınaq imtahanlarının fərdi qaydada keçirilməsinə yenidən start verilib. Eyni qayda ilə sertifikasiya imtahanlarında iştirak da könüllü olaraq keçiriləcək.
Mayda keçirilməli olan bu imtahanlar ləğv edildi - RƏSMİ



Azərbaycanda xüsusi karantin rejimi uzadıldı
Azərbaycanda karantin rejimi uzadıldı
SON DƏQİQƏ: Azərbaycanda karantin rejimi uzadıldı
Azərbaycanda karantin rejiminin müddəti uzadıldı
Xüsusi karantin rejimi uzadıldı
Bu tarixdən maska tələbi ləğv edilir - RƏSMİ
Tibb işçilərinin DİQQƏTİNƏ!
Azərbaycanda karantin rejiminin müddəti uzadıldı
SON DƏQİQƏ: Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
Xüsusi karantin rejiminin müddəti uzadıldı
Bu qəbul imtahanları da ləğv olundu
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıldı
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 