Çin koronavirus epidemiyasının pandemiyaya çevrilməsinə görə məsuliyyət daşıyır və buna görə kompensasiya ödəməsi qanun çərçivəsindədir. ONN media xəbər verir ki, İngiltərədə yerləşən “Henry Jackson” beyin mərkəzinin hüquq mütəxəssisi Samuel Armstronq, ABŞ Hərbi Dəniz Məktəbi (USNWC) və Stockton Beynəlxalq Hüquq Mərkəzinin müəllimi Ceyms Kraska, Corctaun Universitetinin müəllimi Paul Miller bu fikirdədirlər. S.Armstronq koronavirus pandemiyası səbəbilə Çinin məhkəməyə verilə biləcəyi və ittiham etmək üçün ən çox 10 qanuni yol olduğunu bildirib: “Bu düzəlişlər bir ölkənin Ümumdünya Səhiyyə Təşkilatına bir pandemiya ssenarisini bildirməsini və müəyyən bilgiləri 72 saat ərzində paylaşmasını tələb edir. Çinin bu vəzifəni icra etməməsi qarşı tərəfin şikayətinin təməl qaynağı olacaq”. Seçimlərin həm yerli, həm də beynəlxalq platformada dəyişiklik göstərəcəyini ifadə edən professor məhkəmə davası açacaq tərəfin beynəlxalq hüquq alətinin “2005-ci il tarixli Beynəlxalq Səhiyyə Düzəlişləri” olacağını qeyd edib. Onun sözlərinə görə, təkcə G7 ölkələrinə ən az 4 trilyon dollar kompensasiya ödənməlidir: “Çinin məsuliyyətini qəbul edib sanksiyalara boyun əyməsi üçün bütün dünyanın bu məsələni daha ağrılı vəziyyətə gətirməsi vacibdir. Hər hansı qanuni tələb Çini masaya oturmağa məcbur etmək üçün iqtisadi və təhlükəsizlik vasitələrini istifadə edən dövlətlərin əlinə baxacaq”. Stockton Beynəlxalq Hüquq Mərkəzinin müəllimi Ceyms Kraska isə Çinin kompensasiya ödəməsi üçün hər ölkənin öz sanksiyalarını tətbiq edə biləcəyini bildirib. O qeyd edib ki, Çin pandemiya ilə bağlı bilgiləri sadəcə ölkə daxilində yaydığı, beynəlxalq xəbərdarlıq etmədiyi üçün bütün planeti təhlükəyə atıb: “Amma Çin kommunist ölkə olduğu üçün beynəlxalq məhkəmələrdən çıxan qərarları tanımayacaq və hüquqa hörmət göstərməyəcək”. Corctaun Universitetinin müəllimi Paul Miller isə hər hansı bir ölkənin Çini məhkəməyə verə biləcəyinə, ancaq bu durumun hüquqi deyil, siyasi olduğuna diqqət çəkib: “Dövlətlər ticarət münasibətlərini məhdudlaşdıraraq, sanksiyalar tətbiq edərək, BMT qətnamə qəbul edərək, Çinə və Çindən başqa ölkələrə səyahət etməyi məhdudlaşdıraraq, bağları qopararaq onu cəzalandıra bilərlər”.(publika.az)
Koronavirus hələ bundan sonra Çinə bəla olacaq - Mütəxəssislər şok detalları açıqladı



ÜST pandemiyanın bitəcəyi TARİXİ AÇIQLADI
Çinə BÖYÜK ŞOK: ölkələrin sayı 100-ə çatdı
Çinin koronavirus planının ÜSTÜ AÇILDI: Milyonlarla insanın...
ÜST: 130 ölkədə koronavirus yoxdur
Koronavirusdan sonra turistlər üçün yenilik olacaq
Çində yenidən koronavirus yayılır - Hərbi vəziyyət ELAN EDİLDİ
Koronaya qarşı virus tapıldı
Koronavirus hələ zirvəyə çatmayıb, 18 ay sonra... - ÜST-dən QORXUNC AÇIQLAMA
Bakıda koronavirus HƏYƏCANI- DİQQƏT
Koronavirus peyvəndi ilə bağlı daha bir açıqlama
Koronavirusla bağlı SEVİNDİRİCİ XƏBƏR
İran gəmilərinin limanlara girişinə məhdudiyyət qoyuldu
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 