Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda audit yoxlamalarına başlanılıb.
Yoxlamalar, əsasən, jurnalistlər üçün tikilən binalarla bağlı aparılır. Buna görə də audit yoxlamalarına binanı inşa edən “Portos İnşaat” da cəlb edilib.
Məlumatda bildirilir ki, KİVDF-nin keçmiş rəhbərliyi lazımi sənədləri “qaydasına” salmaq məqsədilə jurnalistlər üçün tikilən binalarda çalışmış insanlardan, xüsusən inşaat mühəndislərindən yardım istəyiblər.
Məlumatlı şəxslər audit yoxlamalarının ciddi yeyinti izinə düşdüyünü bildirirlər. Təxminlər doğrulsa, “Portos İnşaat”, Jurnalist Evi MMC, eləcə də KİVDF-nin keçmiş direktoru Vuqar Səfərli barədə cinayət işinin açılması qaçılmaz olacaq.
Jurnalist Evi MMC-nin direktoru Bünyamin İsmayılov yoxlamaların aparıldığını təkzib etməyib:
“Bu barədə çox az məlumatım var. Mən də elə sizin kimi eşitmişəm. Dəqiq heç nə bilmədiyim üçün sizə yanlış informasiya verə bilərəm.
Mən Jurnalistlərin binasındakı ofisdə oturmuşam, söhbət isə “Mətbuat” Prospektində baş verənlərdən gedir (KİVDF-nin ofisi mətbuat prospektində yerləşir – red). Bütün günüm burda keçir, yaşımla əlaqədar ofisdən çıxa bilmirəm. 25 gündür ofisdə yaşayıram, evimə belə getmirəm.
KİVDF-yə təzə gələnlərdən də, bircə Vüqar Səfərlinin yerinə təyin olunmuş Əhməd müəllimi tanıyıram. Başqa heç nə bilmirəm”.
Bir müddət öncə yeni icraçı direktor Əhməd İsmayılovun KİVDF-də təhvil-təslim apararkən ciddi çatışmazlıqlar, qanun pozuntuları aşkarladığı ilə bağlı məlumat yayılmışdı.
Bildirilirdi ki, yeni direktor qurumun əvvəlki komandada yer alan əksər işçilərini, o cümlədən “Verso-M” tikinti şirkətinin sahibi, milyonçu, tikinti maqnatı Mehrac Babayev və fondun tərkibində olan “Tikinti Şöbəsi”nin 5 əməkdaşını işdən uzaqlaşdırıb.
Qeyd edək ki, Vüqar Səfərli KİVDF-yə 2009-cu ildən rəhbərlik edirdi



Jurnalistlərə 4-cü bina tikiləcəkmi? – Vüqar Səfərlidən AÇIQLAMA
"Jurnalistlər binası"nın komendantı həbs edildi
Vüqar Səfərli YAP-dan qovuldu
Vüqar Səfərli ilə birgə həbs edilən kimdir?
Bu gün Vüqar Səfərlinin məhkəməsi başlayır
Vüqar Səfərlinin mülklərinə HƏBS QOYULDU
Əli Həsənov: "Özümü çox güclü hesab edirəm”
Məhkəmə Vüqar Səfərli barədə QƏRAR VERDİ
Vüqar Səfərlinin məhkəməsinin vaxtı məlum oldu
Səfərlinin məhkəməsi təxirə salındı - SƏBƏB?
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 