Zaqatalada postu meşə yolu ilə keçməyə cəhd edən şəxs saxlanılıb.
ONN media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, müəyyən edilən müddətə qədər karantin rejimi qaydalarının təmin olunması məqsədilə Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Zaqatala və Qax rayonları arasında yaradılan postda “Mercedes” markalı yük avtomobili saxlanılıb. Yoxlanış zamanı sürücü, Ağdam rayon sakini Aqil Hətəmovun hərəkəti üçün icazəsi olsa da, maşında olan Tərtər rayon sakini Paşa Məmmədovun hər hansı icazəsinin olmadığı müəyyən olunub.
Avtomobildən düşürülən P.Məmmədov oradan meşə yolu ilə qaçaraq postu keçməyə və bir qədər aralıda onu gözləyən gəldiyi yük avtomobilinə əyləşməyə cəhd edib. Ancaq asayiş keşikçilərinin çevikliyi nəticəsində o və yük avtomobilinin sürücüsü saxlanılaraq Polis Şöbəsinə gətiriliblər.
Karantin rejimi qaydalarını pozduqları üçün onların barəsində qanunauyğun tədbirlər görülüb.



Azərbaycanda daha bir gizli toy - Polis BASQIN ETDİ
Zaqatalada 9 il əvvəl qətl törədən şəxs saxlanıldı
Qardaşının sənədi ilə postu keçmək istədi - ƏLƏ KEÇDİ
Ağdamda işğaldan azad olunmuş ərazilərə keçmək istəyən şəxs saxlanıldı
Füzulidə ƏMƏLİYYAT KEÇİRİLDİ: 5 avtomobildə 13 nəfər tutuldu
Qəbələyə istirahətə gedənlər cərimələndi
Polis Tərtərdə toya BASQIN ETDİ
Qanunsuz ov edən saxlanıldı
Həyətində toya yüzdən artıq qonaq yığan şəxs cərimələndi
Astarada sərxoş avtoxuliqan ƏLƏ KEÇDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 