Həyata keçirilən bütün bu tədbirlər nəticəsində kütləvi yoluxma hallarının qarşısı alınıb. Son 3 həftə ərzində ölkəmizdə xəstəliyə yoluxanların sayı ilə sağalanların sayı arasındakı dinamika müsbətdir.
ONN media xəbər verir ki, bunu Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşündə Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib.
"Pandemiya dönəmində biz bir daha həkimlərimizin peşəkarlığının şahidi olmuşuq. Azərbaycan koronavirus xəstələrinin müalicəsi sahəsində öz təcrübəsini digər Qoşulmama Hərəkatı üzv dövlətləri ilə bölüşməyə və bu sahədə əməkdaşlığa hazırdır. Əhali arasında virusa yoluxma sürətinin aşağı düşməsini, xəstələrin sağalma dinamikasını nəzərə alaraq xüsusi karantin rejimindən çıxış planı mərhələli şəkildə həyata keçirilir. Xüsusi karantin rejimi mayın 31-dək uzadılsa da, tətbiq edilən bir sıra məhdudiyyətlər aprelin 27-si və mayın 4-dən etibarən yumşaldılır", - deyə dövlət başçısı vurğulayıb.
Qeyd edək ki, Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü işə başlayıb



Azərbaycan buna müvəffəq olub - İlham Əliyev
Azərbaycan 4 ölkəyə 150 min doza peyvənd ianə edib
Ermənistan son dəqiqəyə qədər xüsusi sessiyanın keçirilməsinə mane olmağa çalışıb - İlham Əliyev
Azərbaycan Qoşulmama Hərəkatında olduqca böyük nüfuz qazandı
Prezidentdən çağırış- ÜZR İSTƏSİNLƏR!
Qoşulmama Hərəkatına üzv olan ölkələrə VACİB TƏKLİF
Ruhani İlham Əliyevə təşəkkür etdi
Prezident ÜST-nin Avropa üzrə regional direktorunu qəbul etdi - YENİLƏNDİ
Azərbaycan Prezidenti: “Bu gün Qoşulmama Hərəkatı daha güclü təşkilatdır”
Azərbaycan üzv ölkələrin maraqlarını qətiyyətlə qorudu
Azərbaycanda koronavirusla bağlı son vəziyyət – Sevindirici AÇIQLAMA
Prezident AÇIQLADI: Pandemiya ən çox bu ölkələrə zərbə vurub
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 