ONN İnformasiya Agentliyi

Azərbaycanda 88 yaşlı şəxs koronadan sağaldı

Azərbaycanda 88 yaşlı şəxs koronadan sağaldı
4-05-2020, 16:58

Azərbaycanda daha bir yaşlı şəxs koronavirusdan sağalıb.

ONN media xəbər verir ki, bu dəfə 88 yaşlı İsmayıllı rayon sakini (adını qadının özünün arzusu ilə açıqlamırıq) virusa qalib gəlib.

Belə ki, Bakıdakı xüsusi rejimli xəstəxanaların birində müalicə alan 1932-ci il təvəllüdlü qadın 21 apreldə xəstəxanaya temperatur, zəiflik və pnevmoniya əlamətləri ilə daxil olub.

Müvafiq tibbi prosedurlardan sonra o, COVID-19 virusundan sağalıb.

Qeyd edək ki, bir neçə gün əvvəl 92 yaşlı Lənkəran sakini Axundova Ağabəyim də koronavirusa qalib gəlmişdi.

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png