Təhsil Naziri Ceyhun Bayramovun 5 may 2020-ci ildə imzaladığı qərara əsasən Bakı, Sumqayıt, Gəncə və Abşeron şəhərləri istisna olmaqla, rayon təhsil işcilərinin işə cəlb olunmasına məhdudiyyət qoyulmur. Yəni yuxarıdakı şəhərlər istisna olmaqla, yerdə qalan şəhər və rayonlarda təhsil şöbələri bütün direktor, müəllim, texniki işçiləri işə çağıra bilər. Ölkə üzrə məktəblərdə dərslərin bərpa edilmədiyi bir vaxtda direktor, müəllim, texniki içilərin işə çağırılma səbəbi isə maraq doğurub. Mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Elşən Qafarov bildirib ki, məktəblərdə tədris bərpa olunmasa da, təhsil ocaqlarında kifayət qədər görülməsi vacib olan işlər var. “Müəyyən sənədləşmə işləri var ki, onlar aparılmalıdır. Həmçinin onlayn dərslərlə bağlı xüsusilə bölgə məktəblərində problemlər yaşandı. Bölgə müəllimlərinin bir çoxunun kompüteri, internet təminatı yoxdur. Həmin müəllimlər məktəblərin bu texniki bazasından istifadə edəcək. Məktəbin interneti və kompüteri vasitəsilə virtual dərslər keçəcəklər. Bu baxımdan nazirin imzaladığı qərar təqdirə layiqdir”, - ekspert bildirib. E.Qafarov qeyd edib ki, artıq işə cəlb olunan məktəb rəhbərləri və rayon təhsil şöbələri evdən deyil, birbaşa məktəbdən müəllimlərin, məktəb şagirdlərinin onlayn dərslərə, “Virtual məktəb”ə cəlb edilməsinə daha sistemli şəkildə nəzarət edə bilərlər: “Texniki işçilərin işə cəlb edilməsi isə məktəblərin pandemiyadan sonra təmizlənməsi, dezinfeksiya edilməsi ilə bağlıdır. Proses ona gedir ki, karantin rejimi artıq mərhələli şəkildə ləğv olunur. Buradan belə başa düşmək olar ki, krantin rejimi yumşaldıqca məktəblərin açılması da reallaşa bilər. Təbii ki, dərslərin başlaması ilə bağlı qərarı Operativ Qərargah verəcək. Hesab edirəm ki, yeni dalğa gəlməyəcəyi halda Operativ Qərargah iyunun əvvəlində dərslərin başlaması ilə bağlı qərar da verə bilər”. Qeyd edək ki, Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzinin 1 mayda yaydığı rəsmi açıqlamada tədris ilinin sonunadək təhsil müəssisələrində dərslərin keçirilməsinin nəzərdə tutulmadığı xüsusi olaraq vurğulanıb
Müəllimlər məktəbə çağırılır: dərslər başlaya bilər?



SON DƏQİQƏ: Azərbaycanda bu tarixdən məktəblər bağlanır
Fevralın 15-dən V-IX siniflərdə DƏRSLƏR BƏRPA OLUNUR
Nazirlikdən ənənəvi tədrislə bağlı açıqlama
Təhsil Nazirliyindən dərslərlə bağlı AÇIQLAMA
Məktəblərdə bu tarixdə 1 ay tətil olacaq?
Koronaya görə itirilmiş dərs günlərini necə bərpa edək?
Sabahdan məktəblər açılır
Dərslər bu tarixdən başlayacaq: onlayn, yoxsa canlı?
Məktəblərdə Müəllimlər Günü ilə əlaqədar pul yığılır? - AÇIQLAMA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 