Göyçay rayonunda fərdi yaşayış evi talan edilib. ONN media xəbər verir ki, hadisə Hacalıkənd kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) ikinci kurs tələbəsi Süsən Vaqif qızı Hümbətova hər iki valideynini itirib və dayısının qəyyumluğu ilə böyüyüb. Evdə yaşayış olmadığından sui-istifadə edən oğrular evin qapı-pəncərələrini, döşəməsini, pilləkənini, həyətdəki çardağın şiferini sökərək aparıblar. Hətta evdəki divan, soyuducu və televizor da oğurlanıb. Eyni zamanda həyətyanı sahənin hasarı uçurulduğundan kənd sakinlərinin mal-qarası meyvə bağını da məhv ediblər. S.Hümbətova Bakıda tələbə yataqxanasında qaldığını, dərs olmadığından Göyçaya qayıtdığını, lakin dağıdılmış evində yaşamaq üçün heç bir şəraitin olmadığını bildirib. O, hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin "102 Xidməti-Zəng Mərkəzi"nə və Göyçay Rayon İcra Hakimiyyətinə müraciət edib. S.Hümbətova evini talan edən şəxslərin cəzalandırılmasını və yaşamaq üçün şərait yaradılmasını istəyir.(report) https://www.youtube.com/watch?v=E973Qbar3zA&feature=emb_title
Azərbaycanda valideynlərini itirən tələbə qıza qarşı İYRƏNC HƏRƏKƏT - VİDEO



Azərbaycanda 34 yaşlı müəllim intihar etdi
BDU-nun zəhərlənən tələbələrindən YENİ XƏBƏR
Tələbə qız evlənmək istəmədiyi üçün intihar edib
Bakıda tələbə qız faciəvi şəkildə öldü
Bərdədə evdə yanğın olub - Ehtiyatsızlıqdan
Daha bir tələbə həyatını itirdi
Tələbə qız itkin düşdü - BAKIDA
Azərbaycanda dəhşət: Kişi arvadını və oğlunu...
Qətlə yetirilən tələbə barədə detallar açıqlandı
Toyuna gözləyirdilər, ölüm xəbəri gəldi...
Biləsuvarda 17 yaşlı tələbə naməlum şəkildə öldü
Göyçayda bədbəxt hadisə- Ölən var
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 