Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətindəki məscidə hücum olub. ONN media xəbər verir ki, bu barədə Köln şəhərində yaşayan həmvətənlərimiz məlumat veriblər. Onların sözlərinə görə, koronavirus səbəbi ilə uzun müdətdir ibadətə bağlı olan məscidlər mayın 9-da sübh namazı ilə yenidən fəaliyyətə başlayıb. Köln şəhərində yerləşən və Türkiyə Diyanət İşləri Türk İslam Birliyinə aid məscidə sübh namazı üçün gələnlər içəri daxil olduqdan sonra kimliyi hələlik bilinməyən şəxs və ya şəxslər pəncərələri daşlayaraq şüşələri sındırıblar. “Məscid Köln şəhərinin Xorvayler bölgəsində yerləşir. Kölndə azərbaycanlıların kütləvi toplaşdığı digər məscid də var. Sadəcə koronavirusa təhlükəsinə görə, sosial məsafənin qorunması məqsədi ilə camelərə çox sayda insanın girməsinə icazə verilmir. Buna görə ötən gün biz bu məscidə gəldik. Dəstəmaz alandan sonra sübh namazına başlayan kimi pəncərələrin şüşələri sındırıldı. Hamı cəld çölə qaçdı. Məlum oldu ki, kimlərsə məscidin pəncərələrini daşlayaraq qaçıb”, - deyə hadisənin şahidi olan həmvətənimiz bildirib. Köln şəhər Polis Təşkilatından bildirilib ki, hücum edən şəxs və ya şəxslərin axtarışları davam etdirilir. Ətrafdakı müşahidə kameraları vasitəsi ilə onların qaçış trayektoriyası müəyyən olunur. Faktla bağlı araşdırmalar davam etdirilir.(report)
Almaniyada azərbaycanlıların olduğu məscidə hücum edildi



Almaniyada məscidə hücum edildi
Almaniyada məscidə hücum
Türkiyədən Almaniyaya ikinci NOTA
Misirdə məscidə hücum etmiş silahlılar məhv edilib
Misirdə qətliam törədənlərin kimliyi dəqiqləşib- ƏLLƏRİNDƏ İŞİD BAYRAĞI OLUB
Ayasofya Məscidinə imam və müəzzinlər təyin edildi
Türkiyədə ilk dəfə bayram namazı belə qılındı - Fotolar
Əfqanıstanda məscidə hücum - 6 nəfər öldü
Qədr gecəsinin namazı belə qılınır
Əsgərlərimiz Şuşa məscidində NAMAZ QILDI - VİDEO
Ərdoğan AÇIQLADI: Ayasofyaya ödənişli giriş LƏĞV EDİLDİ
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 