Daxili İşlər Nazirliyi (DİN) metro sərnişinlərinə növbəti dəfə xəbərdarlıq edib.
DİN-in Mətbuat Xidmətindən verilən məlumatda deyilir:
"Bildiyiniz kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən mayın 9-dan etibarən sərnişindaşıma fəaliyyəti bərpa olunan Bakı Metropolitenində polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar. Yeni növ koronavirus infeksiyası (COVID-19) ilə əlaqədar Bakı Metropolitenində Polis Şöbəsinin şəxsi heyəti, həmçinin əlavə olaraq stansiyaların giriş-çıxışlarında xidmətə cəlb edilən polis və Daxili Qoşunların hərbi qulluqçuları metroya daxil olan sərnişinlərlə izahedici söhbətlər apararaq, onlardan mövcud qaydalara əməl etməyi tələb edirlər. Bu qaydalara görə, sərnişinlər “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”in tələblərinə əməl etməli, o cümlədən stansiyalara daxil olan zaman tibbi maska taxmalıdırlar.
Qeyd edək ki, polis əməkdaşları metropolitenə qaydalara məhəl qoymadan daxil olmaq istəyən şəxslərə əvvəlcə xəbərdarlıq edərək onlara stansiyaların girişində satışı təşkil edilən tibbi maskalardan almağı tövsiyə edirlər. Bu tələbə də riayət etməyən şəxslər isə inzibati məsuliyyətə cəlb olunurlar.
Daxili İşlər Nazirliyi sərnişinlərin diqqətinə bir daha çatdırır ki, müvafiq metodiki göstərişlərə, o cümlədən tibbi maskanın taxılması barədə qaydaya əməl edilməlidir. Əks təqdirdə qaydanı pozan sərnişinlər barədə ciddi inzibati cəza tədbiri tətbiq olunacaq".



Bakı Polisindən sərnişinlərə XƏBƏRDARLIQ
Metroya maskasız girən şəxs həbs edildi
DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ
Bakı metrosu fəaliyyətini bərpa edib
Bakıda reyd: Avtobus sürücülərinə xəbərdarlıq edildi
Metro istifadəçiləri üçün yeni tələb
DİN-dən tibbi maska ilə bağlı müraciət
Bakı polisi karantinə görə gecə reydi keçirdi
Sabahdan metro açılır - Rəsmi
Bakı metrosu bu vaxt aralığında işləyəcək
Bakı metrosunda təhlükəsizlik tədbirləri gücləndirildi
Maska taxmayanlar avtobusdan düşürüldü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 