11-ci sinif buraxılış imtahanlarında açıq sualların sayının azaldılması ilə bağlı hələlik Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rəsmi açıqlama verilməyib. Bunu təhsil eksperti Elşən Qafarov deyib. Onun sözlərinə görə, hələlik 3 marta qədər keçirilən tədris proqramının imtahanlara salınmasından başqa güzəşt tətbiq edilməyib: “DİM elan etdi ki, imtahanlarda epidemiya ilə əlaqədar mart ayının 3-nə qədər keçirilən mövzular salınacaq. Buraxılış imtahanı verən 9-cu siniflər üçün mart ayından bu yana olan onlayn keçilən dərslərdən sual salınmayacaq. 11-ci siniflər üçün də 3 martdan- 14 iyuna qədər olan tədris proqramı imtahana salınmayacaq. İmtahanlarda açıq tipli sualların azaldılması ilə bağlı hələlik heç bir rəsmi qərar qəbul edilməyib. Əvvəlki illərin məzunları buraxılış imtahanları verdiyi üçün qeyd olunan güzəştlər onlara şamil edilməyəcək”. Qeyd edək ki, ötən gün mətbuatda 11-ci sinif buraxılış imtahanlarında açıq tipli sualların sayının azaldılması barədə məlumatlar yayılıb. Bildirilir ki, Azərbaycan dili üzrə 4 (ötən il 10 olub), riyaziyyat üzrə 4 (ötən il - 6), xarici dil üzrə 4 açıq yazılı sual (ötən il 7) olacaq.
İmtahan sualları azaldılır? - Açıqlama



DİM-dən imtahanlarla bağlı MÜHÜM QƏRAR
Buraxılış imtahanlarının qrafiki ELAN EDİLDİ
Buraxılış imtahanlarının nəticəsi BU TARİXDƏ açıqlanacaq - DİM
DİM-dən imtahanlarda iştirak edəcək abituriyentlərə MÜRACİƏT
Ümumi orta təhsil bazası üzrə imtahanlar keçirildi
DİM abituriyentlərə müraciət etdi
Növbəti buraxılış imtahanlarının vaxtı - Bu rayonlarda keçiriləcək
Bu tarixdə 6 imtahan keçiriləcək
DİM bir gündə 6 imtahan keçirəcək
DİM 10 və 11 iyunda keçirilən imtahanların nəticələrinı açıqladı
SON DƏQİQƏ: İmtahan nəticələri ELAN EDİLDİ
İmtahanlarda iştirak edə bilməyənlərə ŞAD XƏBƏR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 