Son günlər Yevlaxda koronavirusa yoluxma halları artıb. Rayon ərazisində virusa 80 yoluxma halı qeydə alınıb, onlardan 53-ü "Qaraçılar məhəlləsi" adlanan küçənin sakinləridir. Bu məqsədlə həmin məhəllə polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən nəzarətdə saxlanır. ONN media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib. Onun sözlərinə görə, məhəlləyə giriş-çıxışa məhdudiyyət qoyulub. "Məhəllədə yaşayan insanların bəziləri karantin rejiminin tətbiqini pozmağa çalışaraq məhəllədən çıxmağa cəhd ediblər. Onların da qarşısı alınıb. Bu səbəbdən onlar etiraz əlaməti olaraq toplaşıblar. Polis və Daxili Qoşunların hərbi qulluqçuları həmin şəxslərlə maarifləndirici söhbətlər aparıb. Bundan sonra həmin şəxslər öz evlərinə qayıdıblar",- deyə nazirliyin sözçüsü bildirib. Yevlax rayon polis şöbəsinin bölmə rəisi Famil Qasımov isə son vəziyyət ilə bağlı məlumat verib. O deyib ki, görülən tədbirlərdə məqsəd yoluxma halının qarşısını almaqdan ibarətdir. Qeyd edək ki, TƏBİB həmin küçədə yaşayan sakinlərdən yaxma götürüb. Testin cavabları gələnə qədər məhəlləyə giriş-çıxışa qoyulmuş məhdudiyyət davam edəcək. Rayon ərazisində aidiyyatı qurumlar tərəfindən də yoluxmanın qarşısını almaq üçün dezinfeksiya işləri davam etdirilir. https://www.youtube.com/watch?v=Qrt3chwDq-s&feature=emb_title
Bu rayonda kütləvi yoluxma qeydə alındı - Giriş-çıxış MƏHDUDLAŞDIRILDI



Azərbaycanda polisdə koronavirus aşkarlandı
DİN rayonlara gediş-gəlişlə bağlı detalları AÇIQLANDI
Ağdama komendant TƏYİN EDİLDİ
Ramil Usubovdan yeni TƏYİNATLAR - SİYAHI
Ramil Usubovdan yeni təyinat
Polis Ağdamda fəaliyyətini bərpa etdi
Ramil Usubovdan yeni TƏYİNAT
Azərbaycan polisi Kəlbəcərdə postlar qurub
Vaqif Əsədov təltif edildi
Polis Qubadlıda təhlükəsizliyə tam nəzarət edir
ŞAD XƏBƏR: Bu rayonda koronavirusa yoluxma sıfıra düşdü
Vilayət Eyvazov bu rayonlara rəis təyin etdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 