Türkiyədə yeni növ koronavirusa (COVID-19) qarşı həyata keçirilən tədbirlər çərçivəsində hərəkəti dayandırılan sərnişin qatarlarının fəaliyyəti bərpa olunacaq.
ONN media bildirir ki, bu barədə nazir Adil Karaismailoğlu açıqlama verib. Nazir bildirib ki, ictimai nəqliyyatın tərkib hissəsi olan sürət qatarlarının hərəkəti mayın 28-də bərpa olunacaq. Ankara-İstanbul, Ankara-Eskişehir, Ankara-Konya, Konya-İstanbul xəttlərində polad magistrallar üzərində sərnişin daşınması 16 istiqamətdə həyata keçiriləcək. Bu səfərlərdə infeksiyadan qorunmaq üçün ara məsafəsi saxlamaq və digər tələbləri icra ediləcək. Vaqonlarda yanaşı oturacaqlardan ikisindən bir şahmat taxtası formasında boş buraxılacaq.Türkiyədə dəmir yolu səfərləri bu tarixdən fəaliyyətə başlayacaq

