Bakı-Pirşağı-Sumqayıt istiqaməti üzrə işləyən elektrik qatarlarının sayı artırılıb. ONN media bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir. Yeni tərtib olunmuş hərəkət qrafikinə bir neçə reys əlavə olunub ki, bu da Bakıdan Sumqayıta və əks istiqamətdə sərnişin sıxlığını azaltmaq məqsədi daşıyır. Yeni cədvəl avqustun 10-dan qüvvəyə minəcək. Bakı-Sumqayıt avtomobil yolunun genişləndirilməsi işləri ilə əlaqədar Xırdalan dairəsində yerləşən dəmir yolu körpüsünün sökülərək yenidən tikintisi səbəbindən Bakı-Xırdalan-Sumqayıt istiqamətində elektrik qatarlarının hərəkəti avqustun 10-dan müvvəqəti olaraq dayandırılır. Həmin müddətdən noyabrın 10-dək Biləcəri və Xırdalan istiqamətində elektrik qatarları hərəkət etməyəcək. Tikinti müddətində Bakı-Pirşağı-Sumqayıt-Bakı xətti üzrə elektrik qatarların yeni hərəkət qrafiki ilə aşağıdakı cədvəllərdə tanış olmaq mümkündür. Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən, şənbə və bazar günləri ictimai nəqliyyatın hərəkətinin dayandırılması ilə əlaqədar Bakı-Sumqayıt-Bakı marşrutu üzrə işləyən elektrik qatarları avqustun 31-dək həftə sonları hərəkətdə olmayacaq. Avqustun 8-i və 9-da, 15-i və 16-da, 22-si və 23-də, 29-u və 30-da həmin istiqamətdə sərnişin daşınması həyata keçirilməyəcək.
Bu xəttə əlavə qatarlar buraxılır



Avqustun 10-dan noyabrın 10-dək... - Bakı və Sumqayıt sakinlərinin NƏZƏRİNƏ
Avqustun 10-dan noyabrın 10-dək... - Sakinlərin DİQQƏTİNƏ!
Bakı-Sumqayıt qatarı iki gün işləməyəcək
Bakı-Sumqayıt qatarından istifadə edənlərin NƏZƏRİNƏ
Bakı- Sumqayıt qatarından istifadə edənlərin NƏZƏRİNƏ
DİQQƏT - Bu elektrik qatarlarının hərəkəti müvəqqəti olaraq dayandırılır
Bakı-Sumqayıt qatarlarının sayı artırılır
Sərnişin qatarlarının hərəkəti dayandırılır
Bakı-Sumqayıt elektrik qatarlarının hərəkəti dayandırılır
Bakı-Xırdalan-Sumqayıt qatarı bu tarixdən işləyəcək - ELAN
Gəncə qatarı Bakı-Sumqayıt xəttinə əlavə edildi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 