Türkiyədə koronavirus qurbanlarının sayı 4 369-a yüksəlib. ONN media bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitter səhifəsində məlumat verib. Onun sözlərinə görə, son sutka ərzində daha 987 nəfərdə koronavirus aşkarlanıb. Yoluxma hallarının ümumi sayı 157 814-ə çatıb. Son 24 saatda daha 29 pasiyent vəfat edib.
Bundan əlavə, ümumilikdə 120 015 pasiyent sağalıb (son sutkada 1 321).Türkiyədə koronavirus qurbanlarının sayı artdı

