Xəbər verdiyimiz kimi mayın 25-də 149 nəfər koronavirusa yoluxub. Bundan əlavə Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib. Testin nəticəsinə əsasən, analiz 1 nəfərdə müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib. Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı və İcra Hakimiyyətinin əməkdaşları hazırda özünü izolyasiya qaydalayarına uyğun olaraq karantindədir. Kürdəmir rayonunda isə 60 çox insan koronavirusa yoluxub. Azərbaycanda bölgələrdə və Bakıda yenidən karantin rejimi sərtləşdirilə bilərmi? ONN media xəbər verir ki, məsələ ilə bağlı sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, bununla bağlı qərarları Nazirlər Kabineti yanında Operativ Qərargah verir: “Opertiv Qərargah koronavirusla bağlı dünyada və ölkədə mövcud son vəziyyəti analiz edir, yoluxma dinamikasına uyğun qərarlar verirlər. Bilirsiniz ki, cənab prezident və dövlətimiz tərəfindən zamanında atılan addımlar sayəsində koronavirusun Azərbaycanda geniş yayılmasının qarışısı alındı. Hətta yoluxanların sayında kifayyət qədər azalma var idi. Amma son həftələrin statistikası ürəkaçan deyil. Karantin rejimində edilən yumşalmalardan sonra insanlarımız artıq koronavirus yoxmuş kimi davranmağa başladı.Təəssüf ki, hətta bu xəstəliyin varlığına inanmayanlar da az deyil. Mağazalarda,marketlərdə və ictimai nəqliyyatda sosial məsafə qorunmur, qoruyucu tibbi maska və əlcəklərdən istifadə etmirlər. Ən önəmlisi isə ehtıyac oldu-olmadı insanlarımız çölə çıxırlar. Nəticədə nəinki Bakıda, hətta bölgələrdə də koronavirusa yoluxanların sayı artdı. Vətəndaşlarımızı bu məsələdə məsuliyyətli olmaqlarını məsləhət görürəm. Çünki insanlarımızın bu xəstəliyə biganəliyi özləri ilə yanaşı yaxınlarını və bütün Azərbaycan vətəndaşlarının sağlamlığını təhdid altında qoyur. Düşünürəm ki, əgər yoluxma çoxalma dinamikası ilə davam edərsə bölgələrdə və Bakıda karantin rejimi yenidən sərtləşdirə bilər. Əlbəttə bunu heç birimiz arzulamır, tezliklə normal həyatımıza qayıtmaq istəyirik. Bunun üçün də Operativ Qərargahın tövsiyyələrinə əməl etməli, qoruyucu tibbi maskalardan, əlcəklərdən istifadə etməli, sanitar-gigyenik qaydalara əməl etməliyik. Düşünürəm ki, bu virusa dövlət-vətəndaş birliyi ilə qalib gələ bilərik”.
”Bölgələrdə və Bakıda karantin rejimi yenidən sərtləşdirilir?”- AÇIQLAMA



Azərbaycanda bu icra başçısı karantinə alındı
İcra başçısının koronavirus testinin nəticəsi açıqlandı
Daha bir icra başçısı koronavirusa yoluxdu
Sərt karantin rejimi bu bölgələrdə tətbiq olunacaq
Azərbaycanda icra başçısı koronavirusa yoluxdu - Bina karantinə alındı
Bu icranın bütün işçiləri karantinə alındı
Karantin rejimi yenidən sərtləşdirilə bilər? - RƏSMİ
İcra başçısının müavini və şöbə müdiri koronavirusa yoluxdu
Həbsdə olan sabiq icra başçısı koronavirusa yoluxdu, vəziyyəti ağırdır
Yanvar ayında da 190 manat veriləcək? – RƏSMİ AÇIQLAMA
Bakıdan rayonlara gediş-gəlişlə bağlı VACİB XƏBƏR - Hələ 5-6 ay...
Qazaxa giriş-çıxış məhdudlaşdırılıb - RƏSMİ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 