Milli Məclis “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” Sazişi təsdiq edib. ONN media xəbər verir ki, bu barədə deputatlara komitə sədri Səməd Seyidov məlumat verib. Komitə sədri xatırladıb ki, Azərbaycan və Türkiyə arasında gediş-gəlişlə bağlı ilk hüquqi sənəd 1992-ci ildə qəbul edilib. S. Seyidovun sözlərinə görə, 2007-ci ildə Türkiyə Azərbaycan vətəndaşları üçün vizanı ləğv edib. Bundan sonra Azərbaycan vətəndaşları vizasız 30 gün müddətinə Türkiyəyə gedə bilərdilər. Azərbaycan tərəfi isə 2019-cu ildən Türkiyə vətəndaşlarına Azərbaycana vizasız gəliş haqda qərar verib. Komitə sədri əlavə edib ki, indi parlamentə təqdim olunan layihə xüsusi əhəmiyyətə malikdir: “Layihəyə əsasən, viza tələbindən azad etmə 90 gün olur. Yəni viza tələbi olmadan Azərbaycan və Türkiyə vətəndaşları qarşılıqlı olaraq səfər etdiyi ölkədə 90 gün qala biləcək. Bu, diplomatik və konsulluq əməkdaşlarına da şamil olunur. Xəstəlik, təbii fəlakət və epidemiya kimi fövqəladə hallar olduqda 90 günlük müddət uzadıla bilər”. S.Seyidov bildirib ki, bəzən hər iki ölkə vətəndaşları işləmək üçün ölkələrə gəlirlər: “İş, təhsil və digər məqsədlə gələnlərə qalmaq icazəsi milli qanunvericilik əsasında tənzimlənəcək”. Deputat Siyavuş Novruzov isə təklif edib ki, Naxçıvanla bağlı məsələyə yenidən baxılmalıdır: “Naxçıvan blokada şəraitində yaşayır. Əgər imkan varsa, buna diqqətlə yanaşılsın. Millət vəkili Fazil Mustafa sazişin əhəmiyyətli olduğunu bildirib və qeyd edib ki, tərəflər arasında saziş milli dildə olmalı və ortaya anlaşılmazlıq çıxanda ingilis dilli varianta istinad edilməməlidir.
Azərbaycan və Türkiyə vətəndaşlarına ŞAD XƏBƏR



Türkiyə və Azərbaycan vətəndaşları üçün 90 günlük viza tələbi aradan qaldırıldı
Azərbaycan və Türkiyə arasında viza ləğv olundu
Avqustun 13-dən bu qərar qüvvəyə minir
Azərbaycanla Türkiyə arasında vizasız rejim qüvvəyə mindi
Türkiyəyə getmək istəyən azərbaycanlılara MÜHÜM XƏBƏR
İki gün sonra QÜVVƏYƏ MİNİR: XİN-dən AÇIQLAMA
Bu gün deputatlar 12 məsələni müzakirə edəcək
Viza ilə bağlı AÇIQLAMA
Azərbaycan vətəndaşları BU ÖLKƏLƏRƏ vizasıız gedə bilər - SİYAHI
Azərbaycan vətəndaşıları Türkiyəyə bu sənədlərlə gedəcəklər – SİYAHI
Viza sistemi ilə bağlı daha bir qərar
Bu ölkəyə vizasız gedə biləcəyik - Tarix AÇIQLANDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 