Ağdamda məcburi köçkün qəsəbəsi karantinə alınıb. ONN media xəbər verir ki, rayonun "Dörd yol – 2” qəsəbəsinə giriş-çıxışın məhdudlaşdırılması ilə bağlı məlumatlar yayılıb. İlkin informasiyalara görə, qəsəbənin karantinə alınmasına səbəb orada müvəqqəti məskunlaşan məcburi köçkünlər arasında koronavirusa yoluxmanın aşkarlanmasıdır.
Koronavirusa yoluxan qəsəbə sakinlərinin aidiyyəti üzrə xəstəxanaya yerləşdirildiyi, rayon polis şöbəsinin əməkdaşlarının isə ərazidə postlar quraraq qəsəbədə ciddi karantin rejimi tətbiq etdikləri iddia edilir. Məsələ ilə bağlı TƏBİB-in mətbuat xidmətinin rəhbəti Rəvanə Əliyeva açıqlamasında bildirib ki, bu barədə dəqiq məlumatlar yalnız Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilir: "Müvafiq olaraq həftənin cümə günləri Operativ Qərargahın brifinqləri keçirilir və ölkədə koronavirus pandemiyası ilə bağlı son vəziyyət müzakirə olunur. Bu istiqamətdə olan məlumatlar da məhz orada səsləndirilir. Amma bütün hallarda əgər yoluxma haqqında xəbər varsa, deməli doğru ola bilər. Biz bu dəqiqə üçün bu məlumatı tam təsdiq edə bilmərik. Operativ Qərargah tərəfindən yoluxma sayına görə ehtiyac olduğu təqdirdə rayon və kəndlərin adları açıqlanacaqdır. Amma ola bilər ki, yoluxma faktı ilə bağlı qəsəbə karantinə alınsın. Lakin bu, o demək deyil ki, bütün kənd və ya qəsəbə karantinə alınıb. Bu proses vətəndaşların təsvir etdiyi şəkildə aparılmır. Ola bilər ki, üç, beş, 15 yoluxma faktı aşkarlansın. Bu zaman yalnız o şəxslərin yaxın təmasda olduğu digər şəxslər müəyyənləşdirilir və onlardan test nümunələri götürülür. Test nümunələrinin cavabları açıqlanana qədər isə həmin şəxslərə ev izolyasiyası tətbiq edilir".(oxu.az)Ağdamda bütöv bir qəsəbə karantinə alınıb? – TƏBİB-dən AÇIQLAMA



Onunla ünsiyyətdə olan hər kəs karantinə alınıb - RƏSMİ
Həftəsonu sərt karantin tətbiq ediləcək? - AÇIQLAMA
Həkim koronavirusa yoluxduğu üçün xəstəxana bağlanıb?- Açıqlama
TƏBİB-dən karantin rejiminin sərtləşdiriləcəyi ilə bağlı AÇIQLAMA
Sərt karantin rejimi bu bölgələrdə tətbiq olunacaq
Toylara sentyabradək qadağa qoyulub? - RƏSMİ AÇIQLAMA
Küçəyə çıxma qadağası tətbiq ediləcək - RƏSMİ
İdman zalları ilə bağlı rəsmi açıqlama
Çində 1 nəfərə görə 34 min insan karantinə alındı
Bu rayona giriş-çıxış məhdudlaşdırıldı - Postlar quruldu
AzTv-də koronavirus həyəcanı
Azərbaycanda daha bir qurumun əməkdaşları koronavirusa yoluxdu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 