“Facebook” şirkəti afroamerikalı Corc Floydun öldürülməsindən sonra sosial şəbəkədə “irqi ədalət”in təmin edilməsi üçün tədbirlərə başlayıb.
“İzvestiya” bu barədə şirkətin qurucusu Mark Zukerberqin açıqlamasına istinadla xəbər yayır:
“Biz irqi ədaləti təbliğ etmək üçün fəaliyyətə başlamışıq. Qaradərili cəmiyyətimizin üzvlərinə: Mən sizinləyəm. Həyatınız önəmlidir. ABŞ-da və dünyada irqi ədalətsizliyi aradan qaldırmaqdan hələ çox uzaqdayıq, amma bunu dəyişmək üçün imkanımız var və hamımız məsuliyyət daşıyırıq. İnanıram ki, platformalarımız bu işdə müsbət rol oynayacaq, amma çalışmalıyıq ki, mümkün qədər pozitiv rol oynayaq”.
M.Zukerberq həmçinin qeyd edib ki, “Facebook” rəhbərliyi “hakimiyyət tərəfindən güc tətbiq edilməsi təhdidləri”nin yerləşdirilməsi qaydalarını dəyişdirməyi düşünür.
Şirkət rəhbəri etiraf edib ki, sosial qaydaları pozan mesajlar üçün yeni tədbirlər hazırlana bilər:
“Mövcud siyasətimiz odur ki, əgər məzmun, əslində, zorakılığı təşviq edirsə, onda düzgün qərar həmin məzmunu məhv etməkdir”.
M.Zukerberqin sözlərinə görə, bu vəziyyətdə siyasətçilər və ya jurnalistlər üçün istisnalar yoxdur. Bununla bağlı müzakirələr tezliklə davam etdiriləcək



SON DƏQİQƏ: "Facebook" adını DƏYİŞDİ - FOTO
"Facebook" kriptovalyuta yaradır
ŞOK: Facebook mesajlarınızı pul qarşılığında satır
"Facebook"da yeni ödəmə sistemi
"Facebook"dan daha bir YENİLİK
"Facebook" 203 hesabı sildi - NİYƏ?
"Facebook"dan istifadəçilərə ŞOK - Yüzlərlə qrup, səhifə...
"WhatsApp" istifadəçilərinin DİQQƏTİNƏ!
“Facebook” istifadəçi aktivliyini artırmaq üçün nə edəcək?
“Facebook”da növbəti qalmaqal — Milyonlarla səhifə təhlükədə
"Facebook" da bir il
"Facebook" dan baş verənlərlə bağlı - RƏSMİ İZAHAT
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 