Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib.
ONN media xəbər verir ki, iclası açan komitə sədri Siyavuş Novruzov gündəlik haqqında məlumat verib.
Bildirilib ki, ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi baxılmaq üçün müzakirəyə çıxarılır. Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Babək qəsəbəsinə şəhər statusunun verilməsi, Cəhri və Nehrəm kəndlərinə qəsəbə statusu verilməsi nəzərdə tutulub.
Komitə sədri deyib ki, ümummilli lider Heydər Əliyevin qurduğu Müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi altında günbəgün inkişaf edir. Həm iqtisadi islahatlar, həm də sosial problemlərin həll olunması regionların da inkişafında özünü büruzə verir. Son illər Babək rayonunda geniş abadlıq, quruculuq tədbirləri həyata keçirilib, onlarla inzibati bina, məktəb və xəstəxanalar, sənaye müəssisələri, park və xiyabanlar salınıb.
Sonra komitə sədri Babək qəsəbəsi, rayonun Cəhri və Nehrəm kəndləri haqqında iclas iştirakçılarına ətraflı məlumat verib, bu yaşayış yerlərinin tarixindən danışıb, Muxtar Respublikanın bu bölgəsindəki sosial-iqtisadi inkişafdan bəhs edib. Babək qəsəbəsininə şəhər statusunun, adı çəkilən kəndlərə isə qəsəbə statusunun verilməsinin əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, Babək qəsəbəsi ümummilli lider tərəfindən 1978-ci ildə yaradılıb. Qəsəbə rayonun inzibati mərkəzi olmaqla yanaşı, həmçinin iqtisadi və mədəni mərkəzdir.
Bildirilib ki, Babək rayonunun Cəhri və Nehrəm kəndlərinə göstərilən dövlət qayğısı nəticəsində əhalinin sayı artmaqla bərabər, sosial-iqtisadi inkişaf və məşğulluq səviyyəsi də yaxşılaşıb, yeni istehsal və sosial-mədəni obyektlər qurulmaqla hər iki kənd müasir tipli qəsəbəyə çevrilib.
Komitə üzvləri Səttar Möhbalıyev, Nizami Cəfərov, Cavid Osmanov, Tahir Rzayev, Kamran Bayramov, Məzahir Əfəndiyev, Emin Hacıyev, Malik Həsənov məsələ ilə bağlı öz fikirlərini açıqlayıblar. Müzakirələrin sonunda sənəd Milli Məclisin plenar iclasına tövsiyə edilib.






Azərbaycanda bu qəsəbə şəhər oldu
Azərbaycanda 1 qəsəbəyə şəhər, 2 kəndə qəsəbə statusu verildi
Bu gün Milli Məclisdə bu məsələlər müzakirə olunacaq
Bu qəsəbəyə şəhər statusu verildi
Naxçıvana yeni baş nazir təyin olundu
Milli Məclisin iclası başladı
Milli Məclisin iclası başladı
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı
Bu gün Milli Məclis toplaşır: 19 məsələ müzakirə olunacaq
Milli Məclisin növbəti iclası başladı
Milli Məclisin növbəti plenar iclası başladı
Milli Məclisin iclası başladı
"Qarabağ" Avropadan qapıçı TRANSFER EDİR: 500 min avro xərcləyəcək
Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu
Geyimlər niyə tez sıradan çıxır? - Ekspert
Bu qidaları bir yerdə yemək olmazmış...
Sabah 32 dərəcə isti olacaq
Nazir müavini ətin qiymətindən danışdı
Azərbaycanın ən yaşlı sakini vəfat etdi
Bu tarixdə bulvarda konsert olacaq
Yol nişanları ilə bağlı dəyişiklik edilir
Bu imtahanların tarixi açıqlandı
Əhaliyə xəbərdarlıq: Bu gün 15:00-dan sonra...
Məşhur aktyorun narkotik testi müsbət çıxdı
Minifutbol millimiz üçün HƏLLEDİCİ GÜN - Çempionluq matçının saatı
Bitkoinin qiyməti 62 min dollardan aşağı düşdü
Əlilliyi olan şəxslərlə bağlı bu qaydalar təsdiqləndi 