Sumqayıtda həyat yoldaşını öldürməyə çalışan şəxs tuulub.
Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, iyunun 8-də saat 13 radələrində Sumqayıt şəhəri, Ağa Quliyev küçəsində yerləşən 29/4 saylı binanın qarşısında 1986-cı il təvəllüdlü Aygün Şıxkərimovaya çoxsaylı bıçaq xəsarətləri yetirilməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib.
Ətrafda olan insanların köməkliyi ilə A.Şıxkərimovanın vaxtında xəstəxanaya yerləşdirilməsi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1988-ci il təvəllüdlü Teymur Şıxkərimovun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı A.Şıxkərimovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
T.Şıxkərimov könüllü gələrək təslim olmaqla cinayətin aləti olan bıçağı istintaqa təqdim edib.
T.Şıxkərimov şübhəli şəxs qismində tutularaq müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli etiraf edib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Sumqayıtda qanlı cinayət - ÖLDÜRMƏYƏ ÇALIŞDILAR
Azərbaycanda silahlı insident: Qohumunu güllələyərək öldürmək istədi
Bakıda kişi 25 yaşlı xanımının qanını tökdü - ÖLDÜRƏ BİLMƏDİ
Sumqayıtda silahlı insident: səhvən 1 nəfər güllələndi
Sabirabaddakı güllələnmə ilə bağlı YENİ XƏBƏR
Azərbaycanda DƏHŞƏT: oğlunu və gəlinini balta ilə doğradı
Dənizdə hamilə arvadını boğaraq öldürən şəxs tutulub
Sumqayıtda cinayət: qadını boğaraq öldürdü
21 yaşlı gənc QƏTL TÖRƏTDİ
Mingəçevirdə QANLI OLAY: 17 yaşlı oğul anasını...
Prokurorluq stilistin qətli barədə MƏLUMAT YAYDI
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 