Göyçay Rayon Təhsil Şöbəsinin müdiri şiddətli töhmət alıb.
Təhsil Nazirliyindən bildirilib ki, iyunun 10-u, saat 12:00 radələrində Göyçay Rayon Təhsil Şöbəsinin müdiri İsmayılov Elnur Sıracəddin oğlu ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejimi qaydalarını pozaraq verilən qərar və əmrlərə laqeyd yanaşıb.
Təhsil nazirinin 1 iyun 2020-ci il tarixli, F-273 nömrəli əmri ilə müəyyən edilmiş hər bir qurum üzrə struktur bölmələrin əməkdaşlarının məhdud sayda işə cəlb olunması tələbini aşkar şəkildə pozaraq, təqribən 60 nəfər rayon ümumi təhsil müəssisələrinin rəhbərlərinin və şöbə əməkdaşlarının iştirakı ilə iclas təşkil edilib.
Qeyd edilənləri və Elnur İsmayılov barəsində tətbiq edilən sonuncu intizam tənbehindən nəticə çıxarmadığını nəzərə alaraq, Göyçay Rayon Təhsil Şöbəsinin müdiri İsmayılov Elnur Siracəddin oğluna Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi qaydalarını pozduğuna görə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.



Nazir şöbə müdirini işdən çıxardı
Azərbaycanda daha bir vəzifəli şəxs işdən AZAD EDİLDİ
Nazir təhsil şöbəsinin müdirini və 5 direktoru cəzalandırdı
Nazir müdiri işdən çıxardı - Şikayətlərdən sonra
Nazirdən ƏMR: 14 illik müdiri İŞDƏN ÇIXARDI
Nazir onu təhsil şöbəsinin müdiri təyin etdi
Nazir 4 nəfərə vəzifə verdi
Azərbaycanda vəzifəli şəxs İŞDƏN AZAD EDİLDİ
Nazir yeni ŞURA YARATDI
Nazir bu xanıma YÜKSƏK VƏZİFƏ verdi
Azərbaycanda şöbə müdiri vəzifədən AZAD EDİLDİ
Prezident icra başçısına töhmət verdi
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 