Baş Nazir Əli Əsədov “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları”nın təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 161 nömrəli Qərarında dəyişiklik edib. ONN media xəbər verir ki, sənədə əsasən, qərarın adı dəyişdirilir. Qərar “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları” adlandırılır. Qərara əsasən, sənəd yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslərə şamil ediləcək. Sənədə görə, koronavirusa yoluxmuş xəstələrlə təmasda olan şəxslərin karantin nəzarətinə götürülməsi qaydası da dəyişdirilib. Belə ki, həmin şəxslər mənzili (evi) tərk etməməlidir. Bundan başqa, aparılmış laboratoriya müayinələri nəticəsində yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər yoluxucu xəstəliyin müalicəsi üçün ayrılmış xüsusi tibb müəssisəsinə yerləşdirilirlər. Yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər xəstəliyi yüngül formada keçirdiyi hallarda və onların xüsusi tibb müəssisəsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, onlar həkim rəyinə əsasən bu Qaydaların 4.5-ci bəndində göstərilənlərə riayət etməklə, yaşadıqları və ya olduqları yerdə təcrid olunurlar və onların üzərində bu Qaydaların 4.4-cü bəndinə uyğun olaraq tibbi müşahidə həyata keçirilir.
Koronavirusu yüngül keçirən xəstələr evdə qalacaqlar - YENİ QƏRAR



Karantin rejimi ilə bağlı qərarda DƏYŞİKLİK
Mehmanxanalar bu qaydada fəaliyyət göstərəcək - QƏRAR
Övladlığa götürülmə ilə bağlı QAYDALAR DƏYİŞDİ
Təhsillə bağlı Baş nazirdən VACİB QƏRAR
Baş nazirdən YENİ QƏRAR
Baş nazirdən xüsusi karantin rejimi ilə bağlı QƏRAR
Notarial sənədlərin təsdiqlənmə qaydası DƏYİŞDİRİLDİ
Baş nazirdən KARANTİNLƏ BAĞLI QƏRAR
Azərbaycana gələcək təyyarələrlə bağlı yeni qərar
Əli Əsədovdan yeni QƏRAR: Bu qurumlar...
Gürcüstanda koronavirusa yoluxan şəxs azərbaycanlıdır?
Baş nazir cərimələrlə bağlı qərar imzaladı - SON DƏQİQƏ
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 