Koronavirusa yoluxan zaman ilk üç gün ərzində özümü çox pis hiss edirdim, sanki ölü idim.
Bunu açıqlamasında koronavirus xəstəliyindən sağalan 1979-cu il təvəllüdlü Elçin Hüseynov bildirib. Onun sözlərinə görə, virus bütün ailədə aşkarlanıb, hamı sağalsa da, atasını xilas etmək mümkün olmayıb:
“Xəstəliyin ilk simptomlarını Gəncədən Bakıya qayıdarkən hiss etdim. Bədənimdə üşütmə yarandı və maşını idarə edə bilmədiyimdən sükan arxasına atam keçdi. Bakıya gələndən bir neçə gün sonra xəstəlik ağırlaşdığından təcili tibbi yardım çağırdıq və bizdən analizlər götürdülər. İlk analizlərin cavabında atam, anam və məndə neqativ çıxdı, ancaq 6 yaşlı oğlum və yoldaşımda pozitiv oldu. Onları dərhal Qara Qarayev adına xəstəxanaya yerləşdirdilər”.
E.Hüseynov qeyd edib ki, bir müddət sonra valideynləri və özündə vəziyyət ağırlaşıb, nəticədə onları Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdirdilər:
“Bir müddət Ağciyər Xəstəlikləri İnstitutunda qaldıqdan sonra atamla məni Mərkəzi Neftçilər Xəstəxanasına köçürdülər. Təəssüf ki, atam müalicəsinin 15-ci günündə dünyasını dəyişdi. Anam Ağciyər Xəstəlikləri İnstitutunda 16 gün müalicə olunduqdan sonra sağaldı və onu evə buraxdılar, mən isə 27-ci günümdə evə yola salındım”.
Elçin Hüseynov əlavə edib ki, müalicə dövründə onda əsasən bronxlarda problem olub, ancaq fədakar həkimlərin sayəsində o, bu günləri geridə qoyub:
“Xəstəliyin ilk üç günündə vəziyyətim çox pis idi, sanki bir ölü idim. Ancaq Mərkəzi Neftçilər Xəstəxanasının həkimləri bizimlə öz doğmaları kimi davranırdılar. Daim yanımızda idilər, bütün gücləri ilə bizə yardım olurdular. Ümumiyyətlə, belə başa düşdüm ki, bu xəstəlik hər bir insanda müxtəlif formada özünü göstərir. Belə ki, məndə ümumiyyətlə qızdırma olmadı, yalnız bronxlarımda problem var idi. Atamda isə xəsətlik qızdırma ilə özünü göstərmişdi".







Ağciyər Xəstəlikləri İnstitutunda daha bir şəxs infeksiyadan öldü
Koronavirusa yoluxan xəstə virusun simptomlarından danışdı
Koronavirusa yoluxan telekanal müxbiri: “Təngnəfəslik əmələ gələndən sonra həkimə müraciət etdim”
Koronavirusa qalib gələn 64 yaşlı türkiyəli jurnalist başına gələnləri DANIŞDI
Koronavirusdan sağalan insanlar yenidən yoluxa bilərlər - RƏSMİ
DƏHŞƏTLİ OLAY: Ata qızına sataşan kişini döyərək öldürdü
Azərbaycanda bir ailədə 2 qadın koronavirusdan öldü - EYNİ GÜNDƏ
Koronavirusdan öz özünü sağaldan qadın danışdı
Türmədə idim, kimsə dedi ki, qardaş, qapını aç, çıx - VİDEO
Sumqayıt sakini koronavirusdan öldü - FOTO
Bakıda xəstəxanada nə baş verir?- 4 ayda...
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 