Xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl olunmasına nəzarət məqsədilə İqtisadiyyat Nazirliyinin monitorinqləri davam edir.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 12-də keçirilmiş monitorinqlərdə Binəqədi rayonunda Nizami Nəbiyevə, Ülvi Vəliyevə, Mohammedesmail Gitipazhouha məxsus “Mərmər” mağazalarında, “Gold dent” pərakəndə ticarət obyektində, Nəsimi rayonunda Həsən Əliyevə məxsus “Parfümeriya” mağazasında, Yasamal rayonunda “Penti Geyim mağazası”nda, “Caspian market”də, “Frish cafe”də, “Zeytun Aptek”də, "Epidibiomed" MMC-yə məxsus “Aptek”də, Səbail rayonunda “Rio” pərakəndə ticarət obyektində, “Hottqand mağazası”nda, “Avropa Aptek”də, Sabunçu rayonunda “Ay Store Market”də, Nizami rayonunda “Oba market”də, Abşeron rayonunda “Bol market”də, “Nur mobile”də, “Tez-bazar”, “Çiçəyim gül salonu”, “İnşaat Materialları” ticarət və xidmət obyektlərində, Mənsur Məmmədova məxsus “Kafe”də, Novruz Əliyevin “Bakı kafesi”ndə, Ağdaş rayonunda “Əziz inşaat”, “Angel geyim”, “Soliton” mağazalarında, “Estella gözəllik”, “Sabina gözəllik” salonlarında, “Lion pub çay” ictimai iaşə obyektində, Füzuli rayonunda Səyavuş Hacıyevə məxsus pərakəndə satış, Hafiz Zeynalova məxsus tikinti materiallarının satışı mağazalarında, Qusar rayonunda "Real market"də, "Ailəvi çay evi”ndə, "Puls" MMC-nin "Aptek"ində, Daşkəsən rayonunda “Arzu market”də, “Aptek Dokta”da, İsmayıllı rayonunda “Sərhəd Market”də, “Girdiman Market”də, “Xəyal Market”də, “Orxan Market”də, “Green Park”, “Soyuq Bulaq” istirahət mərkəzlərində, “Aptek Zeytun 4”də, Masallı rayonunda “Usta Evi” təsərrüfat malları mağazasında, Vüsal Mirişovun “Market”ində, Söhbət Sultanovun pərakəndə ticarət obyektində, ümumilikdə monitorinq aparılmış 383 obyektin 155-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.
Nazirliyin əməkdaşları monitorinqlər zamanı sahibkarlarla maarifləndirici söhbətlər aparıb, xüsusi karantin, zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurətini bir daha diqqətə çatdırıblar.
Qeyd edək ki, mayın 22-dən iyunun 13-dək 5759 sahibkarlıq subyektində monitorinq keçirilib və 2528 obyektdə zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.



88 obyektdə pozuntular aşkarlandı - FOTO
Vergilər Nazirliyi maarifləndirici monitorinqlər keçirib
9-cu siniflərin buraxılış imtahanı keçirilir
Bakıda yoluxma sayı ən çox olan rayon hansıdır?
Bu marketlərdə yeni kassa aparatları quraşdırılır
Bu gün 37 670 şagird buraxılış imtahanı verir
Bakıda bu market pulsuz ərzaq paylayır
Novruz yarmarkaları fəaliyyətə başlayır
"Bazarstor"da yanğın baş verdi
Xüsusi karantin rejimində market və apteklər işləyəcək
Əhali 7 ayda 11 milyard manatdan çox pul xərcləyib - BAKIDA
Bazarlardan DAHA UCUZ bayram məhsulları - Bakıda BU ÜNVANLARDA
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 