Azərbaycanda dövlətin koronaviruslu xəstələrin müalicəsinə göstərdiyi qayğını çox yüksək qiymətləndirərəm.
ONN media xəbər verir ki, bunu Trend-ə koronavirusa yoluxan gənc şair Şəhriyar del Gerani (Hacızadə) deyib.
O bildirib ki, mayın 31-dək paytaxtdan kənarda olduğu üçün virusa Bakıda yoluxduğunu güman edir:
“Mayın 31-də Bakıya gəlmişəm. Buraya gələndən 4-5 gün sonra hərarətim çox yüksəldi. Ötən həftənin bazar günündə - iyunun 7-də məndən müayinə üçün yaxma nümunəsi götürüldü. İyunun 8-də xəstəxanaya yerləşdirildim. İyunun 9-da isə testimin nəticəsinin pozitiv olduğu, yəni virusun aşkarlandığı məlum oldu”.
Ş.Gerani bildirib ki, hazırda müalicəsi Bakıdakı “Yeni klinika”da aparılır.
O, müalicəsinin gedişatının çox yaxşı olduğunu, vəziyyətinin stabilləşdiyini söyləyib: “Həkim müalicəsinə başlayanda hərarətim 39-40 idi. Müalicə nətivəsində hərarətim ilkin olaraq, 38,5 dərəcəyə endi. Dünəndən artıq hərarətim 36,8-dir, özümü artıq normal hiss edirəm”.
Həkimlərin diqqətindən də razılıq edən Ş.Gerani qeyd edib ki, klinikanın öz həkimləri ilə yanaşı, koronavirusla mübarizəyə yardım məqsədilə Türkiyədən ölkəmizə gələn həkimlər də onun səhhəti ilə maraqlanırlar:
“Mən “Yeni klinika”dakı həkimlərdən çox razıyam. Xəstələrin müalicəsini çox yüksək səviyyədə aparırlar. Açığı deyim ki, COVİD-19-a yoluxduqdan sonra Azərbaycan tibbinə və həkiminə olan münasibətim dəyişdi. Mən indi Azərbaycan həkimi haqqında çox yüksək fikirdəyəm və ona inanıram. Onlar ən çətin günlərdə belə bizim sağalmağımız üçün öz səylərini əsirgəmədilər”.
Gənc şair Azərbaycan əhalisinə müraciət edərək onları COVİD-19-un yayılmamasından ötəri məsuliyyətli olmağa da çağırıb:
“Bütün Azərbaycan əhalisinə müraciət edib demək istəyirəm ki, dahi olub vaksin tapmaq bizim əlimizdə olmaya bilər. Amma COVİD-19-un vaksinini tapılana qədər xəstəliyi bir-birimizə yoluxdurmayacaq qədər məsuliyyətli, mədəni ola bilərik. Biz hər zaman Azərbaycan xalqının möhtəşəmliyi, birliyi ilə fəxr etmişik. İndi də bütün vətəndaşlarımızı bir-birini başa düşməyə, məsuliyyətli olmağa çağırıram”.



SON DƏQİQƏ: azərbaycanlı məşhur koronavirusa yoluxdu
Aygün Kazımova da koronaya yoluxdu
Aygün Kazımova koronavirusa yoluxmasından danışdı - VİDEO
Nahidə Orucovanın VƏZİYYƏTİ AĞIRLAŞDI
Əməkdar artistin vəziyyəti ağırlaşdı, reanimasiyaya yerləşdirildi — KORONAVİRUS ŞÜBHƏSİ VAR
Məşhur aktrisadan xoş xəbər
Koronavirusa yoluxan telekanal müxbiri: “Təngnəfəslik əmələ gələndən sonra həkimə müraciət etdim”
Mirşahin Ağayev və ailə üzvləri koronavirusa yoluxdu
Koronaya yoluxan gənclərin vəziyyətinin ağırlaşması…
Yaqub Zurufçunun müalicəsinə xarici mütəxəssislər cəlb edilib
Zelenski koronavirusa YOLUXDU
Azərbaycanda koronavirusa yoluxanlardan 37-sinin VƏZİYYƏTİ AĞIRDIR
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 