Mərkəzi Neftçilər Xəstəxanasının tanınmış həkimi, infeksionist Nicat Əzimli koronavirusa yoluxub. ONN media xəbər verir ki, o, bu barədə özü məlumat verib: "Bu günkü 387 nəfərin içində mən də varam. Ciyərlərimdə vəziyyət heç də yaxşı deyil. Hər bir ehtimalı nəzərə alaraq, sizə bir mesajı çatdırmağı özümə borc bilirəm. Xahiş edirəm, bizə inanın, insanlara bu virus yoxdu deyib, onları çaşdırmayın. Həkimlərə sayğı göstərin. Unutmayın sizin üçün həyatımızı riskə atmışıq. İnşallah görüşmək ümidi ilə".
Daha bir həkim koronavirusa yoluxdu: "Həkimlərə sayğı göstərin"

