Epidemioloji statistik göstəricilər qənaətbəxş deyil. Aparılan təhlillər onu göstərir ki, ölkəmizdə xəstəliyin yayılma sürəti yüksəkdir. ONN media xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın bugünkü brifinqində deyib. "Bu səbəblə bir sıra şəhər və rayonlarımızda ciddi karantin rejiminin təkrar tətbiq olunması barədə qərar qəbul olunub. Bu rejimi biz aprel ayında tətbiq etmişdik. Bu müddətdə insanların zəruri olmadığı hallarda evlərini tərk etməmələrini tövsiyə edirik", - o bildirib. R.Bayramlı qeyd edib ki, alınan qərarlar statistik təhlillərin nəticələrinə əsasən qəbul olunub: "Operativ Qərargah və Qərargahın tibbi heyəti sadəcə adminstrativ heyətdən ibarət deyil. Qərargah ilk yaradılan gündən burada xaricdə təhsil almış yüksək ixtisaslı mütəxəssislər, tibb işçiləri yer alır. Eyni zamanda tibbi mütəxəssislərin yetişdirilməsi üçün işçi qrupları yaradılıb" . Onun sözlərinə görə, REACT C-19 layihəsi çərçivəsində xaricdə təhsil alan 19 həkim 3 ay ölkəmizdə fəaliyyət göstərib: "Ölkəmizdə tətbiq olunan qərarlar dünya ölkələrində müsbət qiymətləndirilib və 50 ölkə ilə aparılan video-konfranslarda bir sıra qərarlar qəbul olunub".
Xəstəliyin yayılma sürəti yüksəkdir - TƏBİB



Ramin Bayramlı Operativ Qərargahın brifinqində niyə iştirak etmir?
Bu ayda İKİNCİ DALĞA GƏLİR? - TƏBİB-dən əhaliyə XƏBƏRDARLIQ
Karantin rejiminin sərtləşdirilməsinə ehtiyac yoxdur- Rəsmi
TƏBİB sədrindən ikinci sərt karantinlə bağlı açıqlama: "Prezident dedi ki..."
Sərt karantinlə bağlı VACİB AÇIQLAMA: Gələn həftədən...
Bayramda küçəyə çıxmaq qadağan ediləcək? - Rəsmi
Psixoloji dəstək üçün çağrı mərkəzi yaradılıb - QƏRARGAH
Çimərliyə getmək QADAĞAN EDİLİR?
Həftəsonu sərt karantin tətbiq ediləcək? - AÇIQLAMA
Bu şəxslərə heç bir məhdudiyyət yoxdur - Ramin Bayramlı
Ticarət mərkəzlərinin tam qapanması nəzərdə tutulur - Operativ Qərargah
Azərbaycanda tibb işçisi koronavirusa yoluxdu
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 