Bu gün Türkiyədə koronavirusdan 27 nəfər ölüb.
ONN media xəbər verir ki, bu barədə Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazir qeyd edib ki, bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 5 001 nəfərə çatıb.
Nazirin sözlərinə görə, son sutkada ölkədə təhlükəli infeksiyaya 1 260-dan çox yeni yoluxma aşkarlanıb.
“Bu gün 1 268 yoluxma aşkarlandı, yoluxmaların ümumi sayı 190 165 nəfərdir. Bu gün biz 27 pasiyent itirdik. Ölənlərin ümumi sayı 5 001 nəfərdir. Bu gün 1 315 nəfər sağaldı, ümumi sağalma 162 848 nəfərdir”, - deyə Fahrettin Koca özünün “Twitter”dəki səhifəsində yazıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 9,2 milyonu ötüb. Bunların 4,9 milyondan çoxu sağalıb, 474 mindən çoxu isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Türkiyədə COVID-19-dan ölənlərin sayı açıqlandı



Türkiyədə daha 1 192 nəfər koronavirusa yoluxdu
Türkiyədə son durum necədir?
Türkiyədə koronavirusa yoluxanların sayı 240,8 mini ötdü
Türkiyədə koronavirusdan sağalanların sayı 319 mini keçib
Türkiyədə son vəziyyət necədir?
Türkiyədə 193 nəfər virusdan öldü
Türkiyədə SON DURUM
Türkiyədə daha 67 nəfər virusdan vəfat etdi
Türkiyədə infeksiyaya yoluxanların sayı AÇIQLANDI
Türkiyədə daha 95 nəfər virusdan öldü, yoluxanların sayı isə...
Qardaş ölkədən korona ilə bağlı ÜZÜCÜ XƏBƏR
Türkiyədə son vəziyyət necədir?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 