Qubada karantin rejimi ilə əlaqədar profilaktik tədbirlər davam etdirilir.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupu məlumat yayıb.
Bildirilib ki, Quba Rayon Polis Şöbəsinin əməkdaşları mütəmadi olaraq rayon sakinləri ilə izahedici söhbətlər aparır, onlara həyata keçirilən tədbirlər haqqında məlumat verir, tibbi maskadan istifadənin zəruriliyini bildirirlər.
Polislər rayon ərazisində fəaliyyət göstərən bütün obyektlərdə satıcıların və müştərilərin tibbi maska və fərdi qoruyucu vasitələrdən istifadə etmələrinə nəzarət edir, kafe və restoranlarda 10 kv.m. ərazidə dörd nəfərdən artıq müştərinin olmamasına xüsusi diqqət yetirirlər.
Bundan əlavə, RPŞ-nin DYP bölməsinin müfəttişləri rayon ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücülərlə maarifləndirici söhbətlər apararaq onlara özlərinin və sərnişinlərinin tibbi maskalardan istifadə etmələrinin zəruriliyini bildiriblər, sərnişindaşıma zamanı isə müştərilərin arxa oturacaqlarda əyləşmələrinin və sosial məsafənin qorunması üçün nəqliyyat vasitələrində şəffaf arakəsmələrin quraşdırılmasının vacibliyindən danışıblar.
Şöbə əməkdaşları tərəfindən keçirilən reydlər zamanı qaydaları pozaraq tibbi maskadan istifadə etməyən şəxslər də aşkarlanıb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi üzrə protokollar tərtib olunub.



Maska taxmayanlar avtobusdan düşürüldü
Xızı polisi qara görə gücləndirilmiş iş rejiminə keçdi
Bakıda reyd: Avtobus sürücülərinə xəbərdarlıq edildi
Polis gecə saatlarında işləyən kafeyə basqın etdi - 5 nəfər...
Tütün və alkaqollu içkilər satanlar cərimələndi
Şəkidə koronavirusla əlaqədar qabaqlayıcı tədbirlər gücləndirildi
Karantin qaydalarını pozan sürücülər saxlanıldı
Daha bir kənd koronavirusa görə nəzarətə götürüldü
Peyvənd olunmayan taksi sürücüləri cərimələndi
Polis nəzarət-profilaktik tədbirləri davam etdirir
DYP REYD KEÇİRDİ: 15 sürücü cərimələndi
Qubada restoranda 13 nəfər cərimələndi
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 