Milli Məcilisin deputatı Qənirə Paşayeva koronavirus epidemiyası ilə əlaqədar əhaliyə çağırış edib. ONN media xəbər verir ki, çağırışda deyilir: Əziz həmvətənlərim, seçicilərim, oxucularım, dostlarım! Qlobal pandemiyanın tüğyan etdiyi bu günlərdə Sizdən xahiş edirəm, bu azsa, təkrarən və dərindən xahiş edirəm, yetməzsə, bir doğmanız olaraq, yalvarıram: Özünüzü qoruyun! "COVİD-19"a etinasız yanaşmayın! Özünüzü qorumasanız, sevdiklərinizi də qoruya bilməyəcəksiz... Bu gün çox ağır bir gün oldu mənimçün. Məktəb illərindən yaxından tanıdığım, gözəl insan Ceyhun bəy (həkim-anistezioloq Ceyhun Hacıyev) bir az öncə "COVİD-19"dan həyatını itirdi. Ona nə qədər kömək etməyə çalışsaq da, artıq çox gec idi... Kasıb bir ailənin istedadlı övladı idi. Çalışırdı, oxuyurdu. Min bir əziyyətdən keçmişdi. 50 yaşı tamam olmamış "COVİD-19"un qurbanı oldu. Əgər onun kəndə yas yerinə gedəcəyini bilsəydim, getməsinə mütləq əngəl olardım. Bu bəlaya yoluxub gəldiyində - ilk simptomlar artıq özünü biruzə verməyə başlayanda xəbərim olsaydı, onu həmin dəqiqə peşəkar həkim heyətinə çatdırardım. İcazə verməzdim saatlar itirsin. Xəstəlik elə sürətlə irəliləmişdi ki, mənə xəbər verəndə, artıq süni tənəffüs aparatının altında belə... qanda oksigenin səviyyəsi çox aşağı idi. Məlumat alan kimi 30-40 dəqiqə içində onu 1 saylı Şəhər Klinik Xəstəxanasında yerləşdirməyə nail ola bildik. O, xüsusi tənəffüs aparatına qoşulanda sevindik. (Təəsüf ki indi bu aparata ehtiyacı olanlarımız, reanimasiyada intensiv müalicə alan vətəndaşlarımız heç də az deyil.) Amma xəstəxanaya çatdırılandan 15-20 dəqiqə keçməmiş onun vəfat etməsi xəbəri ilə sarsıldıq.. Nə gizlədim, hər gün millət vəkili kimi mənə müraciətlərə əsasən ən azı 2-3 ağır xəstəni, səhərin erkən saatları, gecədən keçmiş demədən... xəstəxanaya yerləşdirmək üçün çalışırıq. Hər gün "COVİD-19"dan ağır vəziyyətə düşən xəstələrin ailələrinin göz yaşı və acısını paylaşırıq. Çox sarsılmışıq, çox... Sizdən xahiş edirəm, hətta yalvarıram, qayda-qanunlara əməl edin, özünüzü, ailənizi, doğmalarınızı qoruyun! İndiki dövrdə özünü qoruyan insan cəmiyyəti qorumuş olur. "Yas mərasimləri adətimizdir" deyib, evlərə toplaşmayın. Sizə yalvarıram, əzizlərinizin yasına gəlmək istəyən insanların evinizə gəlib maskasız, sosial məsafə gözləmədın toplaşmasına özünüz müsaidə etməyin. İnanın ki, heç bir normal düşüncəli insan belə bir dövrdə onun əzizlərinin yasına getməmisiniz deyə sizdən inciməyəcək. Sizə yalvarıram bütün qapalı məkanlarda maska taxın, sosial məsafəni həm qapalı, həm də açıq məkanlarda gözləyin. Tez-tez əllərinizi dezinfeksiya edin. Və nəhayət, lütfən, lütfən: özünüzdə "COVİD-19"la bağlı kiçik bir əlamət hiss edən kimi özünüz özünüzü müalicə etməyə cəhd etməyin, "bir az soyuqlamışam, azca qızdırmam var, öskürəyim elə ciddi deyil" deyib peşəkar mütəxəssislərə müraciət etməyə gecikməyin. Saatlar sizin əleyhinizə işləyəcək, inanın. Sevdiyiniz insanlara rəhminiz gəlsin! Çünki sizin qəfil və zamansız, əzizləriniz yanınızda olmadan boğularaq ölməyiniz onları çox sarsıdacaq. Kömək etmək istəsək də, gec qalındığında çarəsizsə ağrımaqdan başqa əlimizdən bir şey gəlməyəcək. Bu çağırışı sizə sadəcə Millət vəkili olaraq etmirəm. "COVİD-19"dan həyatını itirən artıq neçənci insana, nə qədər istəsəm də, gec qalındığı üçün kömək edə bilməyən, üzüntülü bir bacınız kimi müraciət edirəm. Çox ağır formada, sürətlə ağırlaşan virusa yoluxan xəstələrin acılarından dərin sarsıntı keçirən acılı bir insan kimi çağırış edirəm sizə. Özümüzü, ailəmizi, cəmiyyətimizi qorumaq üçün hamımız daha diqqətli, daha məsuliyyətli və daha fəal olmalıyıq. Yoxsa, getdikcə hər birimiz əzizlərimizin itkisi ilə daha dərin sarsıntılar keçirəcəyik. Heç bir insanımızın bu ağrını yaşamasını istəmirəm. Ceyhun bəyə Allahdan rəhmət, əzizlərinə və bütün dostlarına səbr diləyirəm. Eyni zamanda, "COVİD-19"dan həyatını itirən bütün insanlarımıza Allahdan rəhmət, xəstələrə acil şəfalar diləyirəm. Gəlin bir-birimizi qoruyaq və unutmayaq ki, biz sadəcə birlikdə güclüyük! Bu gücü, həmrəyliyi artırmaqçün dövlətimizin, şəxsən cənab Prezidentin, hörmətli Birinci vitse-prezidentin çağırışlarına, onların fədakar əməyinə, həkimlərimizin zəhmətinə qiymət verməyi bacarmığımız lazımdır. Biz bu ülvi çağırışlara, fədakarlıqlara biganə qala bilmərik! Sayğılar və dərin ümidlə, Qənirə Paşayeva
Millət vəkili koronavirusa görə əhaliyə ÇAĞIRIŞ ETDİ



Qənirə Paşayeva Milli Məclisin sədri olacaq? - Özü AÇIQLADI
Pakistan Prezidenti koronavirusa YOLUXDU
Qənirə Paşayevadan AZAL-a ÇAĞIRIŞ
Qənirə Paşayeva vəfat etdi
Azərbaycanda 2 gün əvvəl feysbukdan çağırış edən gənc xanım COVID-19-dan öldü
"Mən ipotekadan yararlana bilməyən müəllimlər barədə danışmaq istəyirəm" - Millət vəkili
Qənirə Paşayeva ilə vida mərasimi keçirilir
Qənirə Paşayevadan deputatlara ÇAĞIRIŞ
Millət vəkili bu vergiyə qarşı çıxdı
Qənirə Paşayeva qadınlara qarşı zorakılıqla bağlı Milli Məclisdə ÇAĞIRIŞ ETDİ – VİDEO
“Parlamentdəki çıxışımı radikal çağırış kimi qəbul etməyin” - Deputat bəyanat yaydı
Qənirə Paşayeva harada dəfn olunacaq?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 