"Artıq bu faktdır ki, Neftçala rayon ərazisində Xəzərin suyu Kürün suyuna qarışıb. Kür çayının suyu həmin hissədə içməyə yararlı deyil".
Bunu “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı "Real İntervyu"da qonaq olarkən deyib.
Qurum rəsmisi bildirib ki, bina evlərində də çətinliklər yaranıb və bu, qurum tərəfindən nəzərə alınıb:
"Ona görə biz məcburuq ki, 40-45 km məsafədən, Salyan rayonu ərazisindən maşınlarla su daşıyaq. 3 qəsəbə və 6 kəndin içməli su təlabatını su maşınları ilə ödəyirik. Bina evlərində çətinliklər yaranıb və bunu da nəzərə almışıq. Suyun qismən təmizlənib verilməsini təmin etmişik. Amma insanların diqqətinə çatdırmışıq ki, bu su içməyə yararlı deyil. Bu su ancaq məişət, təsərrüfat işlərinə yarayır. İçmək üçün bizim ora maşınlarla daşıdığımız sudan istifadə edə bilərlər.
Suyun azalmasına görə Sabirabad və Saatlı rayonlarında hardasa 13 kəndə suyun verilişi müvəqqəti olaraq dayandırılıb. Gözləyirik ki, həmin kanallara suyun verilişi bərpa olunsun. Biz də insanlara suyu təmizləyib verək".



Azərbaycanda ilk: dəniz suyu çaya qarışdı
Xəzərin suyu bu kəndlərə problem YARATDI
Masazır və Yeni Günəşlidə niyə su yoxdur?
İçməli suyun verilməsində nə çətinliklər yaranıb? - RƏSMİ AÇIQLAMA
"Azərsu"dan AÇIQLAMA
Xətai sakinlərinə ŞAD XƏBƏR
DİQQƏT: Sabah su olmayacaq
İçməli su da bahalaşır? - Müzakirələrlə bağlı RƏSMİ AÇIQLAMA
Bakının bu əraziləri iki gündür susuz qalıb
Bu ərazidə içməli suyun verilişi dayandırıldı - NİYƏ?
Neftçalaya yeni magistral su kəməri çəkilir - FOTO
Suyun qiyməti artırılır? - RƏSMİ CAVAB
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 