Azərbaycanın görkəmli şairi, müasir milli poeziyamızın ən parlaq simalarından olan Səməd Vurğunun şeirləri ilk dəfə Türkiyədə nəşr olunub. ONN media xəbər verir ki, şeirlər Türkiyənin istedadlı milli şairi Kənan Çarboğa tərəfindən tərcümə edilib. Nəşrdə böyük şairin “Acı gülüşlər”, “Adsız şeir”, “Ana”, “Anamın gəlini”, “Bahar”, “Çiçək”, “Dağlar”, “Şəkil” və s. məşhur şeirləri toplanıb. Kitabın “Ön söz”ünün müəllifi AMEA-nın həqiqi üzvü, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov, nəşrin məsləhətçisi Moşu Vəkilovdur. “Səməd Vurğundan seçmə şeirlər” adı ilə türkdilli poeziyasevərlərə təqdim olunan kitabın redaktorları Elçin Qafarlı və Dəyanət Osmanlıdır. Bu nəşr Kənan Çarboğa ilə Elçin Qafarlının birgə layihəsi çərçivəsində Azərbaycan ədəbiyyatı seriyasından olan birinci kitabdır. Layihə çərçivəsində bu il ərzində Əhməd Cavadın, Mikayıl Müşfiqin və Cəfər Cabbarlının seçmə şeirlərinin də nəşr olunması nəzərdə tutulub. Qeyd edək ki, keçən ay şair Kənan Çarboğanın “Turan aşkı” kitabı türk dilində Azərbaycanda Atatürk Mərkəzi tərəfindən Bakıda işıq üzü görüb.(AZƏRTAC)
Səməd Vurğunun şeirlər kitabı Türkiyədə nəşr edildi



Türkiyədə Əhməd Cavadla bağlı kitab nəşr olunub
Adilə Nəzərin yeni kitabı nəşr edilib
Səməd Mənsurun 140 illiyinə həsr edilmiş ədəbi-bədii tədbir keçirildi
Zəhra Bədəlbəyli- “Sənin əllərində”
Fərid Hüseynin şeirlər kitabı Moldovada çap olundu
Ramil Əhmədin kitabı Türkiyədə nəşr edildi
Bu gün Mikayıl Müşfiqin doğum günüdür
"Azərbaycanın xarici siyasəti və həqiqi dostları" kitabı nəşr olundu
“Xosrov və Şirin” poeması Türkiyədə nəşr olundu
"Aytmatov - İmperiyanın son yazıçısı" kitabı Azərbaycan dilinə tərcümə edilib
Tanınmış teatrşünasın yeni kitabı nəşr edildi
5 may Əhməd Cavadın doğulduğu gündür
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 