COVID-19-la bağlı test verən şəxslərin analizlərinin “E-TƏBİB” proqramı vasitəsilə alınmasında problem yaşanıb. Test edilən şəxslərə analizlərin cavabı gəlmir və ya onların test olunmadığı məlumatı gəlir. Bu cür hallar vətəndaşlar arasında çaşqınlıq yaradır.
ONN media xəbər verir ki, “E-TƏBİB” layihəsinin rəhbəri Fuad Niftəliyev Trend-ə açıqlamasında bildirib ki, hazırda problemin həlli istiqamətində işlər görülür:
“Əslində bu problem “E-TƏBİB”dən asılı olmayan məsələdir. Yəni analizlərin cavablarını test götürən laboratoriyalar vaxtında çatdıra bilmirlər. Ona görə də həmin cavablar “E-TƏBİB”in bazasına yüklənmədiyindən vətəndaşlara yanlış cavablar verilir.
Artıq bu problemin aradan qaldırılması ilə bağlı ciddi tədbirlər görülür. Laboratoriyalara tapşırıqlar verilib ki, əsasən pozitiv çıxan cavablar dərhal bazaya göndərilsin və vətəndaşa məlumat verilsin. Hazırda pozitiv cavablar dərhal bazaya yüklənilir və vətəndaşa bu barədə məlumat verilir. Cavab gəlməyən və ya testdən keçmədiyi deyilən şəxslərin isə çox güman ki, test cavabları neqativdir. Neqativ cavabların bazaya yüklənməsində gecikmələr davam edir. Çalışırıq ki, qısa zamanda bu problemi də aradan qaldıraq”.
F. Niftəliyev bildirib ki, test cavabları gəlməyən şəxslər hələlik problem həll olunana qədər analiz verdikləri laboratoriyalarla əlaqə saxlaya bilərlər.



TƏBİB daha bir məlumat yaydı
TƏBİB məlumat yaydı: 1979 nəfər...
TƏBİB günün son statistikasını AÇIQLADI
TƏBİB günün son statistikasını AÇIQLADI
TƏBİB aktiv koronavirus xəstələrinin sayını açıqladı - SON STATİSTİKA
TƏBİB daha bir məlumat yaydı
TƏBİB ölkədəki son vəziyyəti açıqladı
TƏBİB açıqlama yaydı: 165 nəfər reanimasiyadadır
TƏBİB məlumat yaydı
TƏBİB məlumat yaydı: 213 nəfər...
SON DƏQİQƏ: TƏBİB məlumat yaydı
TƏBİB məlumat yaydı: 2076 nəfər...
İntensiv yağış yağacaq - Xəbərdarlıq
Magistraturaya hazırlaşanların nəzərinə!
Avropanın nüfuzlu klubu Elvini istəyir
Azərbaycanlılar bu ölkədən deport olundu
Temperatur 31 dərəcəyə yüksələcək
Ərəb ölkələri hava məkanlarını bağladılar
“Qarabağ”ın sabiq futbolçusu qəflətən öldü
Hövsan qəsəbəsində qaz kəsiləcək
51 min abituriyent qəbul imtahanı verəcək
Maşın ağaca çırpıldı: 1 ölü, 1 yaralı
Neftin bu günə olan qiyməti
Günün qoroskopu: Xırda məsələyə görə əhvalınızı pozmayın
Maştağada güclü yanğın başladı
Ərdoğanın 10-cu nəvəsi dünyaya gəldi
Sərnişinlərə daha bir şad xəbər 