COVID-19 pozitiv olan analardan doğulan 16 körpə hazırda şöbəmizdə həkimlərin nəzarəti altındadır.
Bu barədə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Neonatalogiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı bildirib.
Onun sözlərinə görə, körpələrdən 12-si klinikada dünyaya gələnlər, 4-ü isə digər klinikalardan köçürülənlərdir.
"4-nün klinikamıza köçürülməsinə səbəb isə doğuşdan sonra anada koronavirus infeksiyasının aşkar olunması olub. Onu da qeyd edim ki, klinikamızda dünyaya gələn 12 körpənin heç birində COVID-19 infeksiyasına yoluxma halı aşkar olunmayıb. Bu, bizim həkimlərimizin peşəkarlığından, onlara verilmiş təlimatlara düzgün əməl etmələrindən irəli gəlib. Digər klinikalarda dünyaya gələn körpələrdə infeksiyanın aşkar olunmasına səbəb doğuşda iştirak edən həkimlərin COVID-19-a yoluxmaları olub və onlar vasitəsilə doğuş zalında körpələrə keçibdir".
Mütəxəssis eyni zamanda vurğulayıb ki, qaydalara görə, ilk növbədə körpəni dünyaya gətirən həkimlər sayca az tərkibdə təyin olunmalı, göbək ciyəsi mümkün qədər tez kəsilməlidir, körpə doğuş zalından mümkün qədər tez çıxarılmalıdır:
"Yeni dünyaya gələn uşaq doğuş zalından tez xaric edilir və həmin mərtəbədə izləmə otağında yerləşdirilir və monitorinqi aparılır. Körpənin vəziyyəti stabilləşdikdən sonra həkimlər paltarlarını dəyişir və körpəni başqa otağa aparırlar. Həmin an körpədən COVID-19 testi götürülür. Bu, əsas şərtlərdən biridir". (medicina.az)



"Uşaqlar arasında yoluxma artıb, onları qorumasanız...” – Həkim
Azərbaycanda yeni doğulan uşaq öldü- SƏBƏB?
Gəncədə 2024-ün ilk körpəsi qız doğuldu
Azərbaycanda yeni doğulan körpələr arasında COVİD-19-a yoluxma halı aşkarlanıb
Azərbaycanda ilk dəfə beşəm doğuldu
Gürcüstanda "pəhləvan" uşaq doğuldu
Koronavirusun yeni qurbanları - UŞAQLAR
ŞAD XƏBƏR: Bu rayonda koronavirusa yoluxma sıfıra düşdü
Azərbaycanda doğuş zamanı uşaq xəsarət aldı - HƏKİM SƏHLƏNKARLIĞI
Ürək, mədə sağda, qaraciyəri isə solda... - Nadir xəstəlikli uşaq doğuldu
Günün koronavirus statistikası açıqlandı
Zaqatalada yeni doğulan körpə öldü
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 