Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "Sobsan" boya fabrikində baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən tam söndürülüb.
ONN media Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, yanğının söndürülməsi işlərinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Mülki müdafiə qoşunlarının qüvvələri cəlb olunub. Yanğının xüsusilə mürəkkəbliyinə, obyektdə böyük həcmdə tezalışan və partlamaya meylli maddələrin saxlanıldığına baxmayaraq, yanğınsöndürmə və xilasetmə qüvvələrinin effektiv tətbiqi və yanğınsöndürənlərin fərdi şücaəti sayəsində yanğının qarşısı alınaraq daha böyük fəsadların baş verməsinə, o cümlədən yanğının genişlənərək ətraf ərazilərə yayılmasına, obyektə bitişik evlərə keçməsinə imkan verilməyib. Həmçinin, fabrik ərazisindəki salamat qalmış mal-materiallar FHN qüvvələri tərəfindən yanğından mühafizə məqsədilə ərazidən kənarlaşdırılıb. Yanğın nəticəsində ilkin hesablamalara görə, təqribən, 3000 kv.m. ərazi yanıb. FHN-in 5 əməkdaşı xəsarət alıb, 4 nəfərə yerində yardım göstərilib, 1 nəfər isə Toksikologiya mərkəzinə yerləşdirilib. Yanğının başvermə səbəbləri araşdırılır.Fabrikdəki yanğında FHN-in 5 əməkdaşı xəsarət alıb — RƏSMİ



"Eurohome"dakı yanğının təfərrüatları- YENİLƏNİB
Bakıda bu ərazidə güclü yanğın olub- YENİLƏNİB
Bakıda baş verən yanğın məhdudlaşdırıldı
SON DƏQİQƏ: Bakıda ikimərtəbəli binada yanğın başladı
Bakıda güclü yanğın başlayıb - YENİLƏNİB
Quba və Şabran meşələrində güclü yanğın başlayıb
Qərargah rəisindən yanğınla bağlı AÇIQLAMA: 7 nəfər təxliyə edilib
Yanğınla bağlı SON DURUM
"Maşın bazarı"nda yanğın oldu- MAĞAZALAR KÜLƏ DÖNDÜ
Azərbaycanda GÜCLÜ YANĞIN: FHN havaya TƏYYARƏ QALDIRDI
Bakıda 18 mərtəbəli binada YANĞIN
Bakıda oteldə baş verən yanğından YENİ XƏBƏR
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 