Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 04.07.2020-ci il saat 00:00-dan 05.07.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1422 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 393 nəfər həmin Məcəllənin 211.2-ci, eyni əməllərin il ərzində təkrar törədilməsinə görə isə Məcəllənin 211.3-cü maddəsi ilə 3 nəfər olmaqla ümumilikdə 1818 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib. Baş Dövlət Yol Polisi İdarəsindən ONN media -ya verilən məlumata görə, qeyd olunan müddət ərzində Bakı-Quba yolunun 52-ci km-də yerləşən karantin keçid postundan 55-i rayon, 71-i paytaxt istiqamətinə olmaqla 126, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci km-də yerləşən postdan 43-ü rayon, 92-i paytaxt istiqamətinə olmaqla 135, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 153-ü rayon, 128-i paytaxt istiqamətinə olmaqla 281 nəqliyyat vasitəsi geri qaytarılıb, ümumilikdə 542 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.
542 avtomobil postlardan geri qaytarıldı - DYP



Daha 595 maşın postdan qaytarıldı
DYP cərimələnən hərəkət iştirakçılarının sayını açıqladı
DYP: 1248 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib
İcazəsi olmadan postlardan keçmək istəyən 3158 avtomobil geri qaytarıldı
Karantin keçid postlarından 750 avtomobil geri qaytarıldı
Sərt karantin günlərində neçə nəfər cərimələnib?
Karantini pozan 1 674 nəfər cərimələndi
Bir gündə 1291 nəfər cəzalandırıldı
Maskaya görə 133 nəfər CƏZA ALDI
Yol polisi bir gündə mindən çox şəxsi CƏZALANDIRDI
DYP açıqladı: Bir gündə 1753 nəfər...
Nə qədər hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib?
İstirahət günü hava necə olacaq?
DSX hərbiçisi vəfat etdi
Bu ərazilərə leysan yağdı
Bütün arxivləri açacağıq- Zelenski
Neftin son qiyməti açıqlandı
Günün qoroskopu: Sonuclar müsbət olacaq
Flora Kərimovanın son durumu necədir?
“See Breez”ə getmək istəyənlərin nəzərinə
İran bu ölkəni 2 dəfə vurdu?
İlham Əliyev bu səfirləri qəbul etdi
Sabahın havası açıqlandı
Cizgi filmlər uşaqların inkişafına necə təsir edir?
Qaz ödənişləri ilə bağlı yenilik
Neftin son qiyməti açıqlandı
İran ilk dəfə Suriyanı vurdu 